Main

İntertriqo

İntertriqo sürtünmə, yüksək xarici temperatur və tərləmədən qaynaqlanan, dəri büküşlərinə təsir edən qaşınma, yanma, ağrı ilə müşayət olunan dermatit növlərindən biridir. İntertriqo, güclü xarici temperatur və həddən artıq tərləmədən əmələ gəlir. Bunun nəticəsində dəri səthləri arasında sürtünmə yaranır bu da dəri qıcıqlanmasına səbəb olur.

İntertriqo üçün şərait yaradan piylənmə, yüksək temperatur və tərləmədir.

Intertriqo xəstələri dəri büküşlərində, ən çox hallarda qasıq-bud, süd vəzilərinin altı, qoltuq altı qızartı, yanma, qaşınma və ağrı hissindən şikayət edirlər. Bəzən yeni doğulmuş körpələrin möhkəm bələnməsi zamanı da yaranır. Bir-birinə toxunan bu dəri bölgələrinə interriqinous zonalar deyilir.

Lakin intertriqo dərinin bakterial və ya göbələk infeksiyası və onların birləşmələri nəticəsində də yarana bilər. Bəzən uzun müddət davam edən bu xəstəliklə əlaqədar kif qoxusu əmələ gələ bilər.

İntertriqonun yoluxucu səbəbləri aradan qaldırdıqdan sonra vizual müayinə ilə diaqnoz qoyulur.

Müalicə sürtünmənin, rütubətin və dəri büküşlərində yaranan istiliyin azaldılmasını əhatə edir.

Intertriqo dermatiti bakteriya və göbələklərdən də yoluxa bilər. Dəri büküşlərindəki sürtünmələr intertriqodan başqa bir sıra digər dermatoloji xəstəliklərdə də baş verə bilər.

Intertriqo dermatitin klinik mənzərəsi açıq deyilsə, o zaman özünüzü kortikosteroid məlhəmlərinin, kremlərinin, aerozollarının xaricə istifadəsi ilə məhdudlaşdıra bilərsiniz.

Intertrigo üçün risk faktorları hansılardır?

İntertriqonun kəskinləşməsində ətraf mühit faktorları böyük rol oynayır. Bunlara yay aylarında ən çox rast gəlinən istilik və həddən artıq tərləmə, velosiped sürmək və ya qaçmaq kimi fiziki hərəkətlər, dəridə yarana biləcək sürtünmə ilə nəticələnən və təkrarlanan hərəkətlər yaradır. Xarici cinsiyyət orqanlarının sıxılmasına görə kişilər qasıq intertriqosuna meyllidirlər. Piylənmədən yaranan böyük dəri büküşlərinin olması da intertriqo ehtimalını artırır.

İntertriqo əksər həkimlər tərəfindən ancaq vizual görünüşünə görə diaqnoz edilə bilər. Vəziyyət ənənəvi müalicələrə cavab vermirsə, bir dermatoloqa müraciət edilməlidir.