Kavernit – kişi cinsiyyət üzvünün kavernalı (məsaməli) cisimlərinin iltihabı ilə müşayət olunan xəstəlikdir. Korpus cavernosum cinsi oyanma nəticəsində penisi qanla doldurulan və ereksiyanı təmin edən toxumadır. Patogen mikroorqanizmlər kavernoz cisimlərə daxil olarsa, kavernit inkişaf edir.
Kavernitin Səbəbləri
Kavernit penisin zədələnməsi və ya kəskin uretrit (sidik kanalının iltihabı), prostatit (prostat vəzinin iltihabı) nəticəsində inkişaf edir. Bundan əlavə, infeksiya digər orqanlarda yerləşən ocaqlardan məsaməli cisimlərə daxil olur. Məsələn, kavernitə - tonzillit, sinüzit, karies və ya osteomielit kimi infeksion xəstəliklər səbəb ola bilər.
Kavernitin gedişatı
Kavernit kəskin və ya xroniki formada baş verə bilər. Kəskin kavernit zamanı penisdə şiddətli ağrı başlayır və kəskin xarater alır. Penisin ölçüsü artır, orqanın dərisi şişir və qızarır. Cinsi oyanma ilə əlaqəli olmayan ereksiya meydana gəlir və bu zaman sidiyə çıxmaq çətinləşir. Eyni zamanda, xəstə ümumi pozğunluqdan şikayətlənir. Xəstədə iltihab xəstəliyinin ümümi simptomları – hərarətin yüksəlməsi, üşütmə, zəiflik və baş ağrısı meydana gəlir.
Kəskin kavernit müalicə olunmazsa kavernoz cisimdə əmələ gələn infiltrat irinləyə bilər. Bu halda kavernoz cismin absesi əmələ gəlir və o tezliklə sidik kanalına keçir. Nəticədə absesin yerində bölünmüş toxuma şaxələri əmələ gəlir, ereksiya zamanı penisin əyriliyinə səbəb olur və bu ümumiyyətlə cinsi aktı mümkünsüz edə bilir.
Xroniki kavernit daha az nəzərə çarpan simptomlarla baş verir. Xəstəliyin əsas əlaməti penis gövdəsində yüngül ağrı və şişkinliyin olmasıdır.
Kavernitin Müalicəsi
Kavernitin müalicəsi mütləq xəstəxana şəraitində aparılmalıdır. Kavernitə səbəb olan əsas xəstəliyin müalicəsi ilə yanaşı, antibakterial terapiya istifadə olunur. İltihabın kəskin təzahürləri azaldıqdan sonra yerli istiləşmə və fizioterapevtik prosedurlar təyin edilir. Bir abses yaranarsa, zədələnmiş toxumalar yarılır, drenaj edilir, plastika, sonra isə endoprotezləşmə aparılır.
tercume