12 barmaq bağırsağın selikli qişasının iltihabi prosesi olan kəskin duodenit Azərbaycanda demək olar ki, hər 10 xəstədən 5-də qoyulan diaqnozdur. Çox zaman mədə ağrısı ilə səhv salınır. Amma mədəsində iltihab, qastrit olan insanların çoxunda elə duodenit də aşkarlanır.
Müasir insanın qidalanma tərzi, oturaq həyatı, işi duodenitin elə gənc yaşlarında yaranmasına səbəb olur. Xəstəliyin xroniki növü daha çox kişilərdə rast gəlinir.
Xəstələr bu narahatçılıqla bağlı həkimə getmir, gec gedir, bu zaman xəstəlik daha dərin qatlara keçərək, xroniki forma alır.
Duodenitin kataral, eroziv-xora və fleqmonoz forması var. Ən yüngül forması kataraldır. Bu zaman bağırsağın hələ üst qişası zədələnir.
Fleqmonoz formada isə artıq irinləmə prosesi gedir.
Səbəbləri
Əlamətləri:
Müalicəsi:
Terapevt və ya qastroenteroloq tərəfindən aparılır. Düzgün olunduqda və ilkin mərhələdə 10-15 günə simptomlar itir. Xroniki forma uzun müddət vaxt aparır.
Diaqnoz üçün qan, nəcis analizi, koproqrram, rentgen, endoskopik müayinə tələb olunur.
Duodenitdən müalicə olunmaq istəyirsizsə, xüsusi dietaya riayət etməlisiz. Mədə və 12 barmaq bağırsağın selikli qişasını qıcıqlandıra biləcək bütün qidalardan imtina etməli, xüsusi pəhriz saxlamalı, içkini tərgitməlisiz.