Kəskin qaraciyər çatmazlığı əvvəllər qaraciyər xəstəliyi olmayan şəxsdə qısa bir müddət ərzində (bir neçə gün və həftə) qaraciyər funksiyalarının itməsinə deyilir. Kəskin qaraciyər çatmazlığı xroniki qaraciyər çatışmazlığına nisbətən daha az rast gəlinir. Kəskin qaraciyər çatışmazlığı həm də fulminant qaraciyər çatışmazlığı adlandırılır. Bu vəziyyətin çox ciddi ağırlaşmaları var ki, bunlara da qanaxma və kəllədaxili təzyiqin artması aiddir. Bu xəstələrin hospitalizasiya olunması labüddür. Əksər hallarda müalicə ilə xəstəni vəziyyətdən çıxartmaq mümkün olsa da, bəzi hallarda qaraciyər transplantasiyası yeganə müalicə üsulu olur.
Kəskin qaraciyər çatışmazlığının əlamətləri
Kəskin qaraciyər çatışmazlığı həyati təhlükəli vəziyyətdir, əgər xəstədə sarılıq, huşun qaralması, davranışın dəyişməsi ilə bərabər qarının yuxarı nahiyəsində ağrılar əmələ gəlirsə dərhal həkimə müraciət etmək lazımdır.
Kəskin qaraciyər çatışmazlığının səbəbləri:
Kəskin qaraciyər çatışmazlığında qaraciyər hüceyrələri əhəmiyyətli dərəcədə zədə görürlər və lazım olan funksiyanın yerinə yetirə bilmirlər.
Kəskin qaraciyər çatışmazlığı niyə görə təhlükəlidir?
Kəskin qaraciyər çatışmazlığının diaqnozu
Qaraciyər sınaqları, protrombin zamanı, İNR, Albumin kimi qanın biokimyəvi analizləri olunmalıdır. Adətən qaraciyər enzimləri katastrofik yüksəlmiş olur, İNR və bilirubin yüksəlməkdə davam edir, Albuminin isə miqdarı azalır.
Ultrasəs müayinə, komputer tomoqrafiya və maqnit rezonans müayinələri oluna bilər. Bunlar adətən Baddi Çiari və şiş kimi xüsusi səbəbləri müəyyən etməyə kömək edir.
Qaraciyər biopsiyası. Bu kəskin qaraciyər çatışmazlığının səbəbini müəyyən etməyə də kömək edə biər.
Kəskin qaraciyər çatışmazlığının müalicəsi
Kəskin qaraciyər çatışmazlığı stasionarda, intensiv terapiya və ya reanimasiya şöbələrində aparılmalıdır. Yaxşı olar ki, müalicə ümumilikdə transplantasiya servisi olan xəstəxanada aparılsın. Adətən aparılan müalicənin məqsədi kəskin qaraciyər çatışmazlığının ağırlaşmalarının qarşısını almağa yönəldilir ki, qaraciyər sağalmağa vaxt qazansın.
Zəhərlənmənin antidotları istifadə edilə bilər. Məsələn asetaminofen zəhərlənmələrində asetilsistein istifadə edilir. Asetilsistein digər səbəblərlə yaranmış kəskin qaraciyər çatışmazlığında da kömək edir. Göbələk zəhərlənmələrində də zəhər əleyhinə dərmanlardan istifadə edilir.
Kəskin qaraciyər çatışmazlığı dərmanlar vasitəsi ilə müalicə edilə bilmədikdə qaraciyər transplantasiyası yeganə yol olur. Bu xəstələrin transplant komandasına vaxtında tanıdılması transplantasiya əməliyyatı üçün donor hazırlığına vaxt itirməməyə səbəb olar.
Ümumilikdə isə müalicə beyin ödeminin yaranmaması üçün, infeksiyanın qarşısını almaq üçün, kəskin qanaxmaların olmaması üçün aparılan profilaktik dəstəkverici tədbirlərdən ibarətdir.
http://virtualklinika365.com/http-virtualklinika365-com-p330/