Main

Kistalar

Çənə sümüklərinin kistaları

Çənə sümüklərinin kistaları – daxili səthi epitellə döşənmiş, divarları isə fibroz toxumadan ibarət boşluqdur. Boşluqda çox vaxt şəffaf maye olur. Bəzən bu maye müxtəlif rəngə çalır.
Etiologiyası, patogenezi və kliniki mənzərəsi
Çənələrin kistaları diş kökü və ya diş tacı nahiyəsində periodontda xroniki iltihab fonunda inkişaf edir. Kistanın boşluğu ağız boşluğunda olduğu kimi selikli qişa ilə döşənmiş və adi qatı maye ilə doludur. Kistanın çənələrdə əmələ gəlməsi hallarında çənə dibarlarının nazilməsi əmələ gəlir, sümük elastiki olur (asanlıqla şəklini dəyişir), basdıqda xarakterik xışıltı əmələ gəlir. Böyük ölçüləri zamanı kista üzün konturlarını pozaraq qabarır, lakin yenə də hiss olunmadan qalır, çünki o Haymor boşluğuna tərəf böyüyür. Kista yavaş, ağrısız və hiss olunmadan böyüyür, əsasən təsadüfi aşkarlanır və ya çənələrin deformasiyası, ya da irinləməsi ilə özünü biruzə verir. Böyük kistalar zamanı çənələrin nazilməsi nəticəsində onların sınması halları məlumdur. Bəzən onlar göz yuvasına və buruna doğru böyüyür. Kistanın yaranma mexanizmi qranulyasiyanın əriməsi və maye ilə dolu boşluğun əmələ gəlməsi ilə əlaqədardır.

Odontogen və qeyri-odontogen kistalar ayırd edilir.

Odontogen kista – xroniki periodontitin seroz ağırlaşmalarından biridir. O, uzun müddət özünü heç nə ilə biruzə verməyə bilər. Xroniki periodontitin ağırlaşması yerli və ümumi ola bilər. Sonuncuya orqanizmdə intoksikasiyasının aşkar olunması aid edilir. Bu isə qana düşən və bütün orqanizmin reaksiyasına səbəb olan patogen mikroorqanizmlərin həyat fəaliyyəti məhsullarının istehsalı ilə əlaqədardır. Intoksikasiyanın nəticəsi temperaturun artması, baş ağrıları, pis əhval-ruhiyyə və digər ümumi simtomlar ola bilər.
Belə zədələnmələr arasında dizontogenetik xarakterli kistalar – primordial (keratokista), follikulyar (dişin çıxmasının diştərkibli kistası, bu kistalara radikulyar kistalar (kökətrafı) deyilir) və iltihabi mənşəli kistalar daha çox praktiki əhəmiyyət daşıyır.

  • Primordial kista (keratokista)- aşağı çənə bucağı və ya III molyar nahiyəsində olur, bəzən dişin inkişaf etmədiyi yerdə yaranır. Onun divarları nazik və fibrozdur, daxili səthi kəskin ifadə olunmuş parakeratozlu çoxsaylı epitellə döşənmişdir, tərkibi xolesteatomanı xatırladır. Kista bir və ya çoxkamaeralı ola bilər, onun divarlarında odontogen epitel adacıqları aşkar edilir. Bəzi xəstələrdə çoxsaylı keratokistalar ola bilər və onlar digər inkişaf qüsurları – çoxsaylı ocaqlı fibromatoz bazal-hüceyərvi xərçənglə, ikiləşmiş qarığa ilə birləşir. Törəmənin xaric edilməsindən sonra çox vaxt residivlər qeyd edilir.
    Daha az hallarda kista dişin çıxması prosesinin pozulması zamanı onun tacını əhatə edən follikulun qişasından yaranır. Bununla əlaqədar olaraq o, follikulyar kista adlanır. Daha çox II premolyar, III molyar, aşağı və yuxarı çənənin köpək dişləri ilə əlaqədardır. Kista çənələrin alveolyar kənarlarında formalaşır. Onun divarı nazik, boşluğu döşəyən epitel isə çoxqatlı, yastı, çox vaxt yastılanmış olur. Bəzən selik istehsal edən hüceyrlər olur. Keratinləşmə müşahidə edilə bilər. Boşluqda 1 və ya bir neçə diş (formalaşmış və ya rudimentar) ola bilər. Xəstəliyin başlanğıcı adətən hiss olunmur, sümük həcminin tədricən ağrısız böyüməsi qeyd edilir. Dərinin deformasiya olunmuş sahəsi rəngi dəyişilməyən selikli qişa ilə örtülüdür.
  • Radikulyar kista – odontogen kistanın ən təmiz növüdür. Süd dişlərindən çıxan iltihabi kök kistaları – xoşxassəli şişəbənzər törəmələr olub, xroniki odontogen iltihab ocağında yaranır.
    Kista xroniki periodontitlə əlaqədar mürəkkəb qranulemadan inkişaf edir və praktiki olaraq istənilən zədələnmiş diş kökü nahiyəsində 9kökətrafı kista) əmələ gələ bilər. Yuxarı çənə bu sıradan olan kistalarla aşağı çənəyə nisbətən iki dəfə çox zədələnir. Kistaların diametri 0,5-dən 2 sm-ə qədər olur. Onların daxili səthi keratinləşmə əlamətləri olmadan çoxqatlı yastı epitellə döşənmişdir. Divarları fibrozludur və bir qayda olaraq limfositlər və plazmatik hüceyrələrlə infiltrasiya olunmuşdur. Iltihabın ağırlaşması zamanı epitel hiperplaziyaya uğrayır və divarların dərinliyinə istiqamətlənən və digər kistalarda rast gəlinməyən şəbəkəvari çıxıntı yaranır. İltihabi infiltratda neytrofil leykositlər əmələ gəlir. Epitelin əriməsi zamanı kistanın daxili səthi qranulyasion toxumadan ibarət olur. Bu toxuma kista boşluğunu doldura bilər. Kista çox vaxt irinləyir, onun divarlarında çox vaxt xolesterin kristalları və ksantom hüceyrələri aşkar edilir. Yuxarı çənənin kistaları haymor boşluğunda yerləşə, oraya itələnə və ya keçə bilər. Orada iltihabın ağırlaşması odontogen haymoritin inkişafı ilə nəticələnə bilər. Öyük kistalar sümüyün destruksiyasına və kortikal lövhənin nazilməsinə səbəb olur. Dizontogenetik xarakterli odontogen kistalarda odontogen şişlər, az halda isə xərçəng yarana bilər.
    Kök kistası xroniki iltihab fonunda yaranır, tədricən, lakin durmadan böyüyür.
  • Parodontal kistalar kök və follikulyar (kökətrafı) - olmaqla iki yerə bölünür. Onlar parodontda xroniki iltihab nəticəsində yaranır. Diş əti cibi yaranır, sümüküstlüyü laylanır, kista tədricən böyüyür. Rentgenoqramda sümük toxumasının yeyilmə sahələri dəqiq görünür.
    Retension kistalar dodaqların selikli qişasında, dil yüyənində, yanaqlarda inkişaf edir. Onlar zolaqlı törəmələr olub kiçik tüpürcək vəzilərində axacaqların bağlanması və sekretin ləngiməsi nəticəsində yaranır. Belə kistaların yaranma səbəbi yıxılma zamanı əzik, dodaqların dişlənməsi və s. ola bilər. Dəqiq kənarlarla kista günbəzəbənzər formaya malik olur, əllədikdə sərtdir, rəngi göyümtül, diametri 0,5 – 2 sm-dir.
  • Tüpürcək vəzilərinin kistaları - çox vaxt dilaltı vəzidə yerləşir və travma və ya iltihab nəticəsində inkişaf edir. Travma və iltihab selikli-tüpürcək vəzilərinin tıxanmasına və dilaltı və ya çənəaltı tüpürcək vəzilərinin kista əmələ gəlməsilə axacaqlarının bağlanmasına gətirir. Zədələnmə dilaltı və ya çənəaltı nahiyələrdə yerləşir və bəzən bütün vəzini əhatə edir. Kista böyüdükcə dil qalxır, onun hərəkəti isə çətinləşir ki, bu da nitqin pozulmasına gətirir. O, qatı, sıx və rəngsiz maye ilə dolu və ağrısızdır. Kista tədricən və hiss olunmadan böyüyür.

Diaqnostikası
Çənə kistalarının diaqnostikası rentgenoloji müayinəyə əsaslanır. Bu zədələnmə rentgenoqramda yeyilmiş sümük toxumasının dairəvi formalı dəqiq haşiyələnmiş məhdud sahəsi kimi görünür. Kista nahiyəsinə adətən diş kökü daxil olur, çünki məhz o kistanın inkişafına səbəb olur. Rentgeoqrafiya ilə yanaşı, diaqnostika zamanı bəzən kistanın punksiyası aparılır.

Diş kistası

Diş kistası – çənələrdə dişlərin patologiyası zamanı yaranan boşluqlu törəmələrdir.
Etiologiyası və patogenezi
Adətən diş kistası diş kökü zirvəsi nahiyəsində infeksiyaya cavab olaraq onun yayılmasını məhdudlaşdırmaq üçü əmələ gəlir. İnfeksiya adətən dişlərin düzgün müalicə olunmaması zamanı kök kanalının daxilinə keçir. Bəzən diş kistası haymorit və ya hər-hansı bir infeksion xəstəlik nəticəsində yaranır ki, bu zaman infeksiya hematogen yolla diş əti daxilinə ötürülür. Onun yaranması orqanizmin bakterial hücuma qarşı müdafiə reaksiyası hesab edilir. İnfeksiya ocağının ətrafında kistanı sağlam sümükdən izolə edən birləşdirici toxuma kapsulası qurulur. Kök kanalından keçən bakteriyalarla mübarəzə aparmaq üçün kistanın daxilinə immun hüceyrələri daxil olur.
Diş kistası qişa ilə örtülü və tərkibində xolesterin kristalları olan sarımtıl maye ilə doludur. Onun xarici qatı birləşdirici toxumadan, daxili qatı isə çoxqatlı yastı epiteldən təşkil olunmuşdur. Kista kistoz mayenin toplanması, epitelin çoxalması və sümük maddəsinin sorulması hesabına böyüyür.
Diş kistasının bir neçə növü ayırd edilir:

  • daha çox radikulyar kistaya rast gəlinir. Radikulyar kista periodontdakı xriniki iltihab və zirvə qranulemasının formalaşması nəticəsində yaranır;
  • Qranulemada distrofik dəyişikliklər onda sonradan vahid kistoz boşluğun formalaşması ilə kiçik boşluqların (kistayabənzər qranulema) yaranmasına gətirir;
  • follikulyar (diş tərkibli kista) kista çıxmayan (az halda komplektdən çox) dişin diş mayasının yoluxması nəticəsində inkişaf edir;
  • parodontal (retromolyar) kistanın əmələ gəlməsi aşağı ağıl dişinin çətin çıxması zamanı yaranan xroniki iltihabla əlaqədardır;
  • birincili kista (keratokista) inkişaf qüsuru kimi dişyaradıcı lövhə qalıqlarından yaranır.

Parodontal və birincili diş kistaları ağız bucağı və çənə şaxələri nahiyələrində lokallaşır.
Kliniki mənzərəsi
Diş kistası yavaş böyüməsilə xarakterizə olunur. Kiçik ölçüləri zamanı kista kliniki olaraq özünü biruzə vermir və daha çox digər səbəbdən rentgenoloji müayinə aparılan vaxt aşkar olunur. Kista tərkibinin yoluxması zamanı iltihab (hiperemiya, ödem, diş ətinin ağrısı) və intoksikasiya əlamətləri əmələ gəlir. Böyük ölçülü kista ağız tərəfdən alveolyar çıxıntıda dairəvi şişkinlik əmələ gəlir ki, bu da çənə cisminin qabarmasına gətirir. Kista üzərində nazilmiş sümüyə basdıqda sümük əyilir, bu zaman bəzən xarakterik perqament xışıltısı (Düpüitren simptomu) eşidilir, həmçinin sümük qüsurunun kənarı müəyyən edilir.
Radikulyar kista nahiyəsində bir qayda olaraq dağılmış və ya müalicə olunmuş (az halda intakt), lakin travma nəticəsində pulpası ölmüş diş aşkarlanır. Qonşu dişlər yerdəyişə bilər. Follikulyar kista üçün daimi dişlərdən birinin diş cərgəsində olmaması xarakterikdir. Yuxarı yan kəsici dişdən inkişaf edən kista adətən sərt damağa, yuxarı mərkəzi kəsicidən burun boşluğuna, yuxarı kiçik və böyük azı dişlərindən isə yuxarı çənə boşluğuna yayılır.
Sümük toxumasının böyümüş qüsuru ağır yerli və ümumi ağırlaşmalara səbəb ola bilər. Kista dişin çəkilməsindən sonra da qala bilər. Bu zaman onun böyümə prosesi və ətraf toxumaların sonrakı dağılması davam edə bilər. Diş kistasının ağırlaşmasına çənələrin periostiti və fistula əmələ gəlməsilə müşayiət olunan irinləmələr aid edilir. Az halda osteomielit, haymorit, limfadenit və aşağı çənənin patoloji sınığı əmələ gəlir.
Diaqnostikası
Diaqnozun qoyulmasında rentgenoloji müayinə əsas rol oynayır. Rentgenoqramda dəqiq və ya hamar konturlarla, kök zirvəsi ilə əlaqədar oval və ya dairəvi formalı kölgə aşkar edilir. Diş kökü sərbəst olaraq kista boşluğunda yerləşə (radikulyar diş kistası zamanı) və ya çıxmayan dişin tac hissəsini (follikulyar diş kistası zamanı) özündə saxlaya bilər. Bundan başqa kistadan punksiya alınır və alınmış punktat mayesi sitoloji müayinə olunur. Differensial diaqnoz kəsici kanalın kistası, fissur və travmatik kistalar, həmçinin çənələrin ameoblastoması və osteoblstoklastoması ilə aparılır.