Kolon zədələnməsi küt və kəskin travma, həmçinin kimyəvi maddələrə məruz qalma nəticəsində baş verə bilər.
Kolon zədələnməsinin səbəbləri
Düz bağırsağın və yoğun bağırsağın yırtılması bağırsağın yuyulması, bağırsaq təmizlənməsi zamanı texniki vasitələrdən ehtiyatsız istifadə zamanı bağırsaqdaxili təzyiqin qəfil artması, və s. nəticəsində meydana gələ bilər. Bağırsağın zədələnmələri daha çox müharibə dövründə müşahidə edilir. Bunlar əsasən, güllə yaraları (güllə və qəlpələr), qarın boşluğunun sıxılması, həmçinin hündürlükdən düşmə və ya partlayış dalğasının təsiri altında yaranan güclü zərbələr nəticəsində alınan xəsarətlərdir.
Bundan əlavə bağırsağın zədələnmələri ən çox avtomobil qəzaları zamanı küt travmalar, müəyyən tibbi prosedurlar (klizmalar, endoskopiya), digər orqanlarda aparılan cərrahi əməliyyatlar və ya endoskopik polipektomiya nəticəsində baş verir. Rektumun yırtılması isə cinsi əlaqə və ya masturbasiya zamanı yaranır.
Kolon zədələnməsinin simptomları
Xəstələr anus və perineumda şiddətli ağrı hiss edir, şiddətli qanaxma meydana gələ bilər. Ağrıın çiddətinə bağlı olaraq qısa müddətli şüur itkisi və hətta ağrılı şok vəziyyəti yarana bilər.
Kolon zədələnməsinin diaqnozu
Yoğun bağırsağın peritondaxili zədələnməsinin diaqnozu, xüsusən də perforasiya halında, zədələnmə mexanizminin və peritoneal hadisələrin mövcudluğunun öyrənilməsinə əsaslanır. Rentgent üsulu qarın boşluğundakı sərbəst qaz, daha sonra isə sərbəst maye aşkarlanmasına dayanır. Qan testləri təyin olunur. Bağırsaqda intraperitoneal zədənin diaqnozunu qoymaq çox vaxt çətinlik törədir. Qarın boşluğunun güllə yaraları üçün diaqnostik tədbirlər kompleksi mərhələlərin bir-birini ardıcıl əvəz etməsindən ibarətdir - ümumi klinik üsullar, yaraların ilkin cərrahi müalicəsi, laparoskopik müayinə.
Anamnezin diqqətlə toplanması, zədələnmə mexanizminin öyrənilməsi, xəstənin diqqətlə müayinəsi, çanaq sümüklərinin sınığının müəyyən edilməsi düzgün diaqnozun qoyulmasına kömək edir.
Kolon zədələrinin müalicəsi
Müalicə həmişə cərrahi yolla aparılır. Yoğun bağırsağın zədələnməsi və bu zədələrə görə əməliyyatlar xəstənin həyatı üçün böyük risk yaradır. Buna görə də, septik və hemorragik şokun qarşısının alınması və müalicəsinə yönəlmiş əməliyyat öncəsi hazırlıqdan başlayaraq, sonrakı transfuziya, antibakterial və stimullaşdırıcı terapiya da daxil olmaqla kompleks müalicə lazımdır.
tercüme