Konyunktivit — gözun selikli qişasının iltihabına deyilir. Bu xəstəlik gözun qızarması, qıcıqlanması ilə müşayiət edilir, gözdə "yad cisim" hissiyyatı əmələ gəlir. Çox vaxt xəstəlik öz-özünə - müalicəsiz keçib gedir. Lakin bəzi hallarda patologiya ciddi fəsadlara yol aça bilər. Konyuktivitlərin bəzi növləri yoluxucudur və kollektivdə (məsələn, bağçalarda, məktəblərdə və s.) xəstəlik ocaqlarına çevrilə bilər.
Konyuktivitin növləri
Konyuktivitin müxtəlif növləri var. Onlara aşağıdakılar aiddir:
Gedişatına görə konyuktivit iki növə bölünür: kəskin konyuktivit və xroniki konyuktivit.
Konyuktivitin əlamətləri
Demək olar ki, bütün növ konyuktivitlər aşağıdakı əlamətlərlə müşayiət olunur:
Əksər hallarda konyuktivit zamanı gözlərdən ifrazatın axması müşahidə edilir. Yaranma səbəblərindən asılı olaraq ifrazat sulu, selikli, irinli və qarışıq ola bilər.
Konyuktivitin diaqnostikası
Konyuktivitin müayinəsi bu sxemlə həyata keçirilir:
Əlavə müayinə üsulları kimi - törədicini müəyyənləşdirmək üçün zədələnmiş gözdən yaxmalar götürülə bilər. Bu metod aparılan müalicə effekt vermədikdə və ya konyuktivitin xroniki gedişatı zamanı aktualdır.
Konyuktivitin müalicəsi
Xəstəliyin əsas müalicə üsulu onun yaranma səbəblərinin üzə çıxarılmasından ibarətdir. Bunun nəticəsindən asılı olaraq müalicə taktikası seçilir.
Konyuktivitlərin çoxu yuxarıda qeyd edildiyi kimi öz-özünə keçib gedir.
Bakterial konyuktivit zamanı gözdən axan seliyin miqdarı az olarsa, onu gündə bir neçə dəfə fizioloji məhlulla yumaq/silmək lazımdır. Növbəti bir neçə gün ərzində iltihabi əlamətlərin kəskinləşməsi müşahidə olunarsa, mütəxəssisə müraciət etmək tövsiyə edilir.
Viruslu konyuktivitləri etioloji müalicə ilə aradan qaldırılır.
Allergik konyuktivitin müalicəsi ilk növbədə, allergik reaksiya törədən allergeni aradan qaldırmaq tələb edir. Yüngül gedişat hallarında simptomatik məqsədlərlə sərinləşdirici kompresslər və nəmləndirici damcılar istifadə etmək lazımdır.
Konyuktivitin profilaktikası
https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/konyuktivitin-m%C3%BCalic%C9%99si-44990