Lassa qızdırması - Qərbi Afrikada ortaya çıxan kəskin viral hemorragik xəstəlikdir. Xəstəlyin müddəti 2-21 gün davam edir. Lassa virusu gəmiricilərin sidiyi və ya nəcisi ilə çirklənmiş qida və ya məişət əşyaları ilə təmasda olduqda insanlara bulaşır. Xüsusilə də infeksiyanın adekvat profilaktikası və mübarizə tədbirlərinin görüldüyü xəstəxanalarda insandan insana və labaratoriyadan yoluxma meydana gələ bilər.
Lassa qızdırmasının Benin, Qana, Qvineya, Liberiya, Mali, Sierra Leone və Nigeriyada endemik olduğu bilinir, lakin çox ehtimal ki, digər Qərbi Afrika lkələrində də mövcuddur. Ümumi ölüm nisbəti 1% təşkil edir. Şiddətli lassa qızdırması halları ilə xəstəxanaya yerləşdirilən xəstələrdə müşahidə olunan ölüm hallarının nisbəti 15% təşkil edir. Rehidratasiya və simptomatik müalicə ilə erkən müalicə, ölüm hallarının qarşısını almağa kömək olur.
Lassa qızdırması haqda məlumat
İlk dəfə 1950-ci illərdə aşkar olunsa da, Lassa xəstəliyinə səbəb olan virus 1969-cu ilə qədər müəyyən edilməmişdir. Virus Arenaviridae virus ailəsinə aid olan tək zəncirli RNT virusudur. Lassa virusuna yoluxmuş insanların təxminən 80%-də heç bir symptom görünmür. Hər 5 infeksiyadan 1-i ciddi xəstəliyə səbəb olur ki, bu zaman virus qaraciyər, dalaq və böyrəklər kimi müxtəlif orqanlara təsir edir.
Lassa qızdırması zoonoz xəstəlikdir, insanlara virusa yoluxmuş heyvanlarla təmasdan keçir. Lassa virusunun qaynaqlandığı heyvan adətən "çox məməli siçovul" kimi tanınan Mastomys cinsinə aid gəmiricidir. Lassa virusu ilə yoluxmuş mastomys siçovulları özləri xəstələnmirlər, lakin virusu sidik və nəcislə buraxa bilirlər. Xəstəliyin kliniki gedişi çox dəyişkən olduğundan, təsirlənmiş xəstələrdə xəstəliyin aşkarlanması çətinləşib.
Bununla belə, bir cəmiyyətdə xəstəliyin mövcudluğu təsdiq edilərsə, virusa yoluxmuş xəstələrin dərhal təcrid edilməsi, infeksiyanın qarşısının almaq üçün ciddi tədbirlər və nəzarət üsulları, yaxın təmasdan qaçmaq kimi hallar epidemiyaların qarşısını ala bilər.
Lassa qızdırmasının simptomları
Lassa qızdırmasının inkubasiya dövrü 6-21 gün arasında dəyişir. Xəstəliyin ilkin dövürlərində, tədricən, qızdırma, ümumi pozğunluq və halsızlıq baş verir. Bir neçə gündən sonra baş ağrısı, boğaz ağrısı, əzələ ağrısı, sinə ağrısı, ürəkbulanma, qusma, ishal, öskürək və qarın ağrısı ola bilər. Ağır hallarda xəstədə üzün şişməsi, ağciyər boşluğunda mayenin olması, ağızdan, burundan, vajinadan və ya mədə-bağırsaq traktından qanaxma və aşağı qan təzyiqi müşahidə olunur. Sidikdə zülal aşkarlanır. Sonrakı mərhələlərdə şok, qıcolmalar, tremor, oriyentasiya və koma baş verə bilər. Xəstəlikdən sağalmış xəstələrin 25%-də karlıq yaranır. Bu halların yarısında eşitmə 1-3 aydan sonra qismən geri qayıdır. Sağalma müddətində müvəqqəti saç tökülməsi və yerişin pozulması baş verə bilər. Ölümlə nəticələnən hallarda ölüm, adətən xəstəlikin başlayandan sonra 14 gün ərzində baş verir. Xəstəlik xüsusilə hamiləliyin sonlarında daha təhlükəlidir, üçüncü trimestrdə ana ölümü və ya dölün itirilməsi halları hamilə qadınların 80%-dən çoxunda baş verir.
Lassa qızdırmasının diaqnozu
Lassa qızdırmasının simptomları çox müxtəlif və qeyri-spesifik olduğundan, xüsusən də xəstəliyin ilkin mərhələlərində kliniki diaqnoz çox vaxt çətindir. Lassa qızdırmasını malyariya, şigellyoz, tif və sarı qızdırma kimi qızdırmaya səbəb olan digər xəstəliklərdən, həmçinin Ebola virusu xəstəliyi kimi digər viral hemorragik qızdırmalardan ayırmaq çətindir. Qəti diaqnoz üçün yalnız referans laboratoryalarında mövcud olan testlər tələb olunur. Laboratoriya nümunələri təhlükəli ola bilər və çox diqqətlə işlənməlidir. Lassa virus infeksiyaları yalnız laboratoriyada aşağıdakı testlərdən istifadə etməklə qəti şəkildə diaqnoz edilə bilər:
Lassa virusunun müalicəsi
Antiviral dərman ribavirin, klinik xəstəlik zamanı erkən təyn olunarsa Lassa atəşi üçün təsirli bir müalicə kimi görünür. Lassa atəşi üçün məruziyet sonrası profilaktik müalicə olaraq ribavirinin rolunu dəstəkləyən heç bir sübut yoxdur. Hal-hazırda Lassa virusu əleyhinə heç bir peyvənd yoxdur.
https://www.medicana.com.tr/saglik-rehberi-detay/16343/lassa-atesi-nedir