Menyer xəstəliyi daxili qulağın xəstəliyidir. Daxili qulaqda bədənimizin müvazinətini nizama salan mürəkkəb sistem - vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye - labirint mayesi olur. Bəzən müxtəlif səbəblərə görə bu mayenin miqdarı artır ki, nəticədə bu daxili qulaqda təzyiqin artmasına səbəb olur. Bu isə qulaqlarda küy, güclü başgicəllənməsi, ürəkbulanması, qusma kimi pozulmalara gətirib çıxardır. Həmçinin Menyer xəstəliyi nəticəsində insan tədricən eşitmə qabiliyyətini itirir.
Adətən xəstəlik 1 qulaqda, bəzən isə hər iki qulaqda inkişaf edir. Xəstəlik əsasən 20-50 yaşlar arasında inkişaf edir, lakin bəzən bu xəstəliyə uşaqlarda da təsadüf edilir.
Menyer xəstəliyinin simptomları:
Menyer xəstəliyindən əziyyət çəkən insanların emosional sferası qeyri-sabit olur, onların əhval-ruhiyyəsi tez-tez dəyişilir.
Xəstəliyin diaqnostikası LOR həkimi tərəfindən həyata keçirilir.
Müalicəsi
Müalicə əsasən dərmanların köməyi ilə aparılır. Bəzən xəstəliyin ağır formalarında cərrahi müalicə tətbiq edilə bilər.