Narkolepsiya — Narkolepsiya (narcao-keyləşirəm, lepsis-tutma) qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik adətən gənc yaşlarda başlayır. Narkoleptik tutmada yuxu bütün iradi əzələlərin boşalması ilə müşayiət olunmur. Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilərlər. Bir qrup xəstələrdə səbəbkar faktoru təyin etmək mumkun olmasa da, digər qrup xəstələrdə narkolepsiya keçirilmiş infeksiyadan (epidemik ensefalit, malyariya), kəllə – beyin travmalarından sonra ortaya çıxır. Xüsusi hallarda irsi faktorun rolu qeyd edilir. Narkolepsiyanin səbəbi hipofizin III mədəciyin şişləri, daxili hidrosefaliya ola bilər.
Əlamətləri
Narkolepsiya üçün üç əlamət: Yuxu tutmaları, katoplektik tutmalar Katapleksiya , gecə yuxusunun pozulması xarakterikdir. Narkolepsiya tutması iş vaxtı, yol gedərkən, danışan zaman, yeriyərkən və hətta velosiped ilə gedərkən belə baş verə bilər. Tutma bir neçə dəqiqə davam edir. Tutma qurtardıqda xəstə özünü tamamilə sağlam hiss edir.
Yuxunun dərinliyi də müxtəlifdir, çox zaman səthidir və xəstələr cuzi küydən və ya toxunuşdan oyanırlar. Yuxululuğu törədən faktorlar isti, monoton,oturaq, eyni tərzli işdir. Çox zaman yuxu tutmaları günün müəyyən vaxtlarında (saat 16-17,19-20 radələrində) güclənir. Yuxu zamanı əzələ tonusunu, vətər reflekslərinin azalması, mioz qeyd edilir.
Müalicəsi
Təəssüf ki, narkolepsiya müalicə olunmur. Lakin, dəstəkləyici müalicə xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Dərman terapiyası gündüz yuxululuğunu azaldan stimulantların təyin edilməsindən, həmçinin katapleksiya və ya yuxu iflicinin əlamətlərini azaldan dərmanların təyin edilməsindən ibarətdir. Bu dərmanların istifadəsi ciddi tibbi nəzarət altında aparılmalıdır.
Yuxu gigiyenasına xüsusi diqqət yetirilməlidir. Kifayət qədər gecə yuxusunu təmin etmək, həmçinin gün ərzində 1-2-3 dəfə 30-60 dəqiqə yatmağı təmin etmək lazımdır. Sərt yuxu və oyaqlıq cədvəlinə əməl etməməyə imkan verən, həmçinin çox diqqət tələb edən vasitə və ya mexanizmlərin istifadəsini nəzərdə tutmayan bir peşə seçimi etmək lazımdır.
tercume