Main

Onurğa Beyni Zədələnmələri

Onurğa fəqərələr adlanan çoxlu sümüklərdən ibarətdir. Onurğa beyni bu sümüklərin ortasından keçən, beyin ilə bədənin qalan hissəsi arasında əlaqə, hərəkət və hissiyat təmin edən sinirlər dəstəsidir. Bir sözlə, onurğa beyni, beyinlə bədən arasında əlaqə və körpü rolunu oynayır. Həmin əlaqə onurğa beyninin zədələnməsi zamanı qismən və ya tamamilə pozulur. Bununla yanaşı, əlaqəni qoparan travmatik hadisə nəticəsində də yaranır. Onurğa beyni zədələndikdə isə beyinlə bədən arasındakı əlaqə pozulur və orqanizmdə bir çox müxtəlif həyati funksiyalar təsir altına düşə bilər.

Onurğa Beyni Zədələnməsinin Səbəbləri

Avtomobil qəzaları, yıxılmalar, idman və ya iti cisim xəsarətləri onurğa beyni zədələnməsinin ən çox görülən travma ilə əlaqəli yaranma səbəblərindəndir. Ancaq onurğa beyni zədəsi və iflic yalnız travma nəticəsində yaranmır. Bundan əlavə, onurğa şişləri, bəzi viruslar və infeksiyalar, damar işemiyası, disk xəstəliyi, osteoporoz və s. bir çox xəstəliklər onurğa beyninin zədələnməsinə və iflicinə səbəb ola bilər.

Onurğa Beyni Zədələnməsinin Əlamətləri

Əlamətlər zədənin yerindən və şiddətindən asılı olaraq dəyişir. Ümumiyyətlə, onurğa beyni zədələnmə səviyyəsi nə qədər yüksək olarsa, simptomlar bir o qədər şiddətlidir. Yəni boyun yaxınlığında C2 və ya C3 (onurğanın ikinci və üçüncü fəqərələrində) zədələnməsi tənəffüs əzələlərinə və nəfəs alma qabiliyyətinə təsir göstərir. Bununla belə, belin zədələnməsi sidik kisəsində, bağırsaqda və ayaqlarda sinir və əzələlərin fəaliyyətinə təsir göstərə bilər.

Onurğa beyni zədələnməsi zamanı əzələ nəzarətinin və ya hissiyatın itirilməsi zədənin şiddətindən asılı olaraq, müvəqqəti və ya daimi, qismən və ya tam ola bilər. Zədələnmə onurğa beynini kəsən və ya onurğa beynindəki sinir yollarını məhv edən zədə daimi iflicə, onurğa beynini sıxan küt zədə isə günlər, həftələr və aylarla davam edə biləcək müvəqqəti zəifliyə səbəb ola bilər.

Onurğa Beyni Zədələnməsinin Müalicəsi

Onurğa beyni zədələnməsində ilk yardım çox vacibdir. Şəxsin onurğa sütunu stabilləşdirilməli və hərəkət etməməsi təmin edilməlidir. Onurğa sütununun zədələnməsindən şübhələnən şəxslər yalnız ixtisaslı tibb işçiləri tərəfindən daşınmalıdır. Xəstəxanaya çatdıqda fiziki müayinə və görüntülənmə üsullarından istifadə edilərək müalicəyə qərar verilməlidir. Bundan əlavə, xəstənin ehtiyaclarına uyğun dərman və tənəffüs dəstəyi verilə bilər. Müalicə adətən intensiv terapiya şəraitində davam edir.

Reabilitasiya prosesi

Buraya fiziki terapiya, digər məşqlər və müalicə daxildir. Burada məqsəd xəstəni daha güclü etmək, ona soyunma, yemək, tualet, çimmək kimi müstəqil gündəlik həyat fəaliyyətlərini yenidən öyrənməyə kömək etməkdir. Xəstəxanadan çıxdıqdan sonra reabilitasiya və fizioterapiya prosesi yəqin ki, uzun müddət davam edəcək. Ümumiyyətlə ilk altı ayda ödemin azalması ilə digər dövrlərə nisbətən daha sürətli sağalma yaşanır. Bununla belə, yaxşılaşma zamanla azalsa da, həyat boyu davam edir.

https://haymorit.com/onurga-beyni-zedelenmesi/

Onurğa beyinin travması

Onurğa beyinin və onurğa sütununun travması ən çox məişət,istehsalat və nəqliyyat travmaları zamanı meydana çıxır.
Baş beyinin travmatik zədələnməsi kimi,onurğa beyni və onurğa sütünunun travmaları da qapalı və açıq olmaqla 2 yerə ayrılır.
Qapalı travmalar zamanı dəri örtüyünün və altındakı yumuşaq toxumaların bütövlüyü pozulmur, açıq travmalar zamanı isə dəri örtüyünün bütövlüyünün pozulması baş verir..
Onurğanın qapalı zədələnmələri ağırlaşmış və ağırlaşmamış olmaqla 2 hissəyə bölünür.
Onurğanın travmaları zamanı onurğa beyinin və onu köklərinin zədələnməsi 30% hallarda baş verir. Onurğanın qapalı travmaları arasıda aşağıdakı patalogiyalara rast gəlmək mümkündür:

  • zədələr
  • sınıqlar
  • çıxıqlar
  • burxulmalar
  • bağ aparatının qırılmaları
  • fəqərəarası disklərin zədələnməsi

Onurğanın travmaları zamanı ən çox fəqərə cisimləri, az hallarda isə köndələn çıxıntılar zədələnir.
Onurğa beyinin ağır zədələnməsi sınıqlar zamanı müşahidə edilir. Bu zaman yuxarı fəqərə cisminin arxa şöbəsinin sınıqları onurğa kanalı istiqamətində arxaya doğru yerini dəyişir.
Onurğa beyinin istənilən hissəsindəki zədələnmələrdə yumuşaq toxumaların altında sümük çıxıqları olan, innervasiyası pozulmuş nahiyələrdə yataq yaraları müşahidə edilir. Bu yaralar ən çox onurğa beyinin kobud zədələnməsində və bel qalınlaşmasının travmalarında rast gəlinir. Yataq yaraları ən çox at quyruğu köklərinin travmalarında tez və güclü inkişaf edir. Bu zaman yataq yaraları sürətlə infeksiyalaşır və sepsis mənbəyinə çevrilir.

https://immunitet.az/2340-onura-beyinin-travmas.html