Osteoid osteoma kortikal təbəqədə yaranan, nidus (yuva) adlandırılan və reaktiv sümük toxuması ilə əhatə olunmuş xoşxassəli sümük törəməsidir. Xoşxassəli sümük törəmələrinin təxminən 10%-ni təşkil edir. Əsasən uşaq və gənc yaşlarında müşahidə olunur. Oğlanlarda qızlarla müqayisədə daha çox təsadüf edilir (2:1). Yaşlı insanlarda çox az hallarda rast gəlir. Skeleti təşkil edən bütün sümüklərdə müşahidə edilə bilər, əsasən bud, qamış, bazu sümüklərində daha çox əmələ gəlir.
Osteoid osteomanın ilk simptomları
Osteoid osteomanın əsas əlaməti gecə müşahidə olunan kəskin ağrı və bu ağrını aspirin ilə aradan qalxmasıdır. Bəzi hallarda törəmə oynağa yaxın yerdə yerləşdiyinə görə oynaqda ağrı, şişkinlik müşahidə olunur.
Osteoid osteomanın diaqnozu
Osteoid osteomanın diaqnozu klinik və rentgenoloji müayinə ilə təyin etmək mümkündür, ancaq əksər hallarda diaqnozu təsdiq etmək üçün Kompüter Tomoqrafiya və MRT müayinələrinələrinə də ehtiyac yaranır.
Osteoid osteomanın müalicəsi
Osteoid osteomanın müalicəsi əsasən 2 yolla mümkündür.
Müalicə olunmadıqda ağrılar xəstəni uzun müddət narahat edər. Ölçüsü böyük olan formalarda zəif travma fonunda yaranmış patoloji sınıqlar yarana bilər.