Sümük xəstəlikləri arasında ağır fəsadına görə geniş yayılmış xəstəliklərdən biri də osteoporozdur. Kliniki nöqteyi nəzərdən osteoporoz çoxsaylı faktorlar nəticəsində yaranır: yaşla, bədən çəkisi ilə əlaqədar, menopauzanın başlanması ilə bağlı, sümük metobolizminə təsir edən qlükokortikoid və digər qrup dərmanların qəbulu ilə bağlı, yanaşı xəstəliklərin olması nəticəsində və s. Toxuma səviyyəsində bu faktorlar osteoklastlarla (sümük dağıdan hüceyrələr) əlaqəli olan sümük rezorbsiyası (yəni sümüyün dağılması) prosesi ilə osteoblastlarla (sümük yaradan hüceyrələr) əlaqəli olan sümük yaranması prosesləri arasında disbalansa gətirib çıxarır. Nəticədə sümüyün normal homeostazı pozulur və sümük kütləsi, sümük toxumasının mineral sıxlığı azalır. Sonda sümüyün strukturu dəyişir, sümüyün möhkəmliyi azalır və sümük sınığı riski artır.
Əksər hallarda xəstələr sümük sınığı yarandıqda osteoporozun olduğunu müəyyənləşdirirlər. Osteoporoz – qadınlarda postmenopauza dövründə və yaşlı kişilərdə sınıqların əsas səbəbidir. Sınıqlar hər bir sümükdə rast gəlinə bilər. Amma əksər hallarda bud sümüyündə, fəqərələrdə və bilək sümüklərində rast gəlinir. Aşağıdakı vasitələrlə osteoporozun və sınıqların qarşısını almaq mümkündür:
Səbəbləri və risk faktorları
Osteoporozun yaranması üçün müəyyən risk faktorları var:
Osteoporoz kimlərdə çox təsadüf edir?
Osteoporoz hər bir yaş dövründə rast gəlinə bilir, amma yaş artdıqca xəstəlyin yaranma riski artır. Bəzi qadınlarda bu xəstəlik menopauzadan 1-2 il əvvəl yaranır.
Bəzi dərman preparatları, məsələn: şiş əleyhinə preparatlar və qlükokortikoidlər osteoporozun yaranma riskini artırır.
Qadınlarda kişilərə nisbətən osteoporoz çox təsadüf olunur. Həm yaşlı kişilərdə, həm də yaşlı qadınlarda eyni dərəcədə osteoporoz riski ola bilir.
Bəzi uşaq və yeniyətmələrdə idiopatik (səbəbi bəlli olmayan) yuvenil osteoporoz yarana bilər.
Simptomları
Osteoporozu “lal” xəstəlik də adlandırırlar, çünki heç bir əlamət olmadan cərəyan edir və sümük sınığı yarandıqdan sonra xəstə bunu aşkar edir. Fəqərə sınığı zamanı beldə və kürəkdə kəskin ağrı, çəkinin azalması, onurğa sütununda deformasiyalar və qamət pozğunluqları (kifozun artması – qozbellik) qeyd olunur.
Osteoporozdan zədələnmiş sümüklər elə kövrək olur ki, sınıq ya spontan (özbaşına) ya da cüzi travma, əyilmə, ağırlıq qaldırma, öskürək nəticəsində baş verir.
Diaqnostikası
Xəstəliyin diaqnostikasında aşağıdakılara diqqət yetirmək lazımdır:
Həkim həmçinin tibbi baxış keçirərək aşağıdakılara diqqət yetirməlidir:
Onurğa sütununda və bud sümüklərində sümüyün mineral sıxlığını ölçmək üçün densitometriyadan istifadə olunur.
Müalicəsi
Müalicənin məqsədi – sümük kütləsinin azalmasını dayandırmaq və ya yavaşlatmaqdır. Bununla da sümük sınıqlarının qarşısını almaq mümkün olacaq. Həmçinin xəstəyə aşağıdakıları tövsiyyə etmək lazımdır:
Osteoporoz digər xəstəliklər nəticəsində yaranıbsa, həmin xəstəliklərin də paralel müalicəsi aparılmalıdır. Sümük sıxlığını azaldan preparatın dozası azaldılmalı və ya onu başqa dərmanla əvəz etmək lazımdır.
Qidalanma
Müalicənin əsas şərtlərindən biri balanslaşdırılmış qidalanmadır.
Kalsium və vitamin D osteoporozun qarşısının alınması və sümük kütləsinin artırılması üçün vacib maddələrdəndir. Vitamin D kalsiumun bağırsaqdan sorulması üçün vacibdir.
Fiziki hərəkətlər
Fiziki hərəkətlər – osteoporozun müalicəsinin vacib hissəsindən biridir. Fiziki hərəkətlər sümük toxumasını möhkəmləndirir. Amma yaşlı şəxslərdə fiziki hərəkətlər sümük kütləsini artırmır, amma:
Fiziki hərəkətlər xəstənin sümüklərində qəfil ağrı yaratmamalıdır. Osteoporoz zamanı intensiv fiziki hərəkətlərdən imtina etmək lazımdır.
Dərmanlar
Xəstənin yaşını, cinsini, sağlamlığının ümumi vəziyyətini və osteoporozun dərəcəsini nəzərə alaraq dərman müalicəsi təyin olunur:
RANK (RANKL) liqand ingibitorları. Bu preparatlar sümük kütləsinin itgisini tormozlayır.