Urtikar (Urticaria) və ya el arasında Övrə xəstəliyi adıyla tanınan müxtəlif səbəblərdən yaxud xüsusi səbəbi bilinmədən dəri səthinin qaşınma, qızartılı qabarcıqlar ilə təzahür olunan bir reaksiyasıdır. Bu qırmızı ləkələrin ölçüləri bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişə bilər və adətən bir-biri ilə birləşərək dərinin çox böyük bir sahəsini əhatə edə bilər. Səpgilər xəstəliyin gedişində 24 saat ərzində görünə və yoxa çıxa bilər. Övrə xəstəliyi və ya urtikar yoluxucu deyil.
Övrə xəstəliyi və ya urtikar – çox yayılmış xəstəlikdir, təxminən hər 3 nəfərdən biri heç olmazsa bir dəfə bu xəstəliyə tutulur. Xəstəlik dəridə sürətlə əmələ gələn, qaşınan, monomorf, köpüşük şəklində olan səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur. Bu monomorf urtikar qaşınan səpgili polietioloji dermatozdur.
Övrə xəstəliyi və ya Urtikarın simptomları
Övrə xəstəliyi dərinin istənilən yerində qaşıntılı köpəşmələr şəklində qızartılar yaradır və gicitkən dalaması formasında səpgilər meydana gəlir. Övrə xəstəliyinin elmi adı “urticaria” termini də gicitkən sözündən yaranmışdır. “Urtica” gicitkən deməkdir. Səpgilər 24 saat ərzində iz buraxmadan solaraq dərinin başqa yerindən çıxa bilir. Övrə xəstəliyinin daha ağır formasında dəri və selikli qişalarda ödem yaranır. Ödemə bağlı göz ətrafında, əllərdə, ayaqlarda, dodaqda, dildə şişkinlik yarana bilər. Buna Kvinke Ödemi və ya Angioödem deyilir. Övrə xəstəliyi angioödemlə müşahidə edilirsə, urtikar daha kəskin xarakter ala bilər. Hətta xəstədə ciddi tənəffüs çatışmazlığı yaradaraq ölümə belə səbəb ola bilər. Övrə xəstəliyi və ya Urtikarın əlamətlərini müşahidə edirsinizsə, fəsadların önünə keçmək üçün qısa zamanda dəri üzrə ixtisaslaşmış həkimə – dermatoloqa müraciət etməlisiniz.
Övrə xəstəliyinin ən çox görülən simptomlarına aşağıdakılar daxildir:
Kəskin Urtikarda bu simptomlar adətən bir neçə saat ərzində yox olur. Bəzi hallarda isə bir neçə gün davam edə bilər. Xroniki Urtikar müxtəlif vaxtlarda şiddətlənə və illərlə davam edə bilər.
Etioloji əlamətlərinə görə Övrə xəstəliyinin aşağıdakı növləri var: (Qeyri-İmmunloji Urtikar)
Allergik Övrə
Allergik Övrə 2 tipə aid edilir.
Psevdoallergik Övrə
Psevdoallergiya zamanı tosqun hüceyrələrin aktivasiyası qeyri-immun mexanizmlərlə baş verir. Bu patologiyanın çoxsaylı müxtəlif növləri mövcuddur.
Psevdoallergik Övrənin mexaniki növlərinə aşağıdakılar aiddir:
Piqment Övrə
Piqment Övrə dəridə tosqun hüceyrələrin ocaqlı şəkildə toplanması və qırmızımtıl-qəhvəyi papula və ləkələrlə xarakterizə olunur. Səpgi ən çox gövdə və ətraflarda, bəzən üzdə olur. Ovuc içi və ayağın altı, başın tüklü hissəsində adətən səpgi olmur.
Piqment Övrənin 3 növü var:
Piqment Övrə ən çox uşaqlarda müşahidə olunur. Sistem mastositozu isə əksinə, böyüklərdə müşahidə olunur, qaraciyər, dalaq, limfa düyünləri və digər orqanların tosqun hüceyrələrlə infiltrasiyası ilə müşaiyət olunur. Müxtəlif faktorların təsirindən tosqun hüceyrələr mediator ifraz edir, nəticədə qanın güclü axını, fitvari tənəffüs, baş ağrısı və ödem ola bilər.
Övrə xəstəliyi və ya Urtikar səbəbləri
Övrə və ya Urtikar bədənin içərisindən və ya xaricindən gələn müxtəlif stimullar tərəfindən qıcıqlandırılır. Bu stimullardan bəziləri allergik mexanizmlər, bəziləri iltihablı infeksiyalar zamanı və ya sonrasında, digərləri isə soyuq, istilik, təzyiq və gərginlik kimi fiziki təsirlərdir. Lakin əksər hallarda qıcıqlandırıcı faktoru tapmaq olmur. Ancaq qıcıqlandırıcılardan asılı olmayaraq övrəyə səbəb olan mexanizmlər hər bir xəstədə eynidir:
Övrə xəstəliyi və ya Urtikar üçün qıcıqlandırıcı faktorlar
Urtikar üçün bir çox qıcıqlandırıcı faktor var. Bu da dəri həkiminə pasiyentə təsir edən qıcıqlandırıcı faktoru tapmaqda çətinlik yaradır. Övrə xəstəliyinə səbəb olan bəzi qıcıqlandırıcı faktorlara nəzər salaq;
Övrə xəstəliyi və ya Urtikar üçün kimlər risk qrupundadır?
Kəskin urtikar və ya kəskin övrə ümumi bir vəziyyətdir. Hər 5 insandan biri həyatının bir nöqtəsində urtikardan təsirlənir.
Övrə xəstəliyi və ya Urtikar diaqnozu
Övrənin diaqnozu dermatoloq tərəfindən anamnez və tipik klinik göstəricilərə əsasən qoyulur: xarakterik monomorf səpgilər, sürətli klinik inkişaf və elementlərin reqresi. Ehtiyac yaranarsa, dermatoloq dəridən biopsiya götürür. Bu prosedur vasitəsilə dəri həkimi, dəri və dərialtı təbəqənin ödemini, venulanın dilatasiyasını, tosqun hüceyrələrin deqranulyasiyasını, zəif perivaskulyar infiltrasiyasını incələyir. Qəfildən inkişaf edən övrə vəziyyətlərində, övrə və ya urtikar diaqnozu dermatoloq tərəfindən tez bir zamanda qoyula bilər. Dermatoloqun qəbulu zamanı övrə səpgiləri olmadıqda, diaqnoz üçün xəstənin etdiyi tipik klinik mənzərənin təsviri kifayətdir. Bu nöqtədə səpgilərin 24 saat ərzində tamamilə yox olub-olmadığını müəyyən etmək vacibdir. Çünki övrəyə bənzəyən səpgilərlə irəliləyən müxtəlif dəri xəstəlikləri var.
Övrə xəstəliyi və ya Urtikar müalicəsi
Urtikarın müalicəsində ilk addım mümkün qıcıqlandırıcı faktorları tapmaq və mümkün qədər onlardan uzaqlaşmaqdan ibarətdir. Xəstənin yediyi qida övrə xəstəliyinə səbəb olarsa, bu qida həkim tərəfindən xəstənin qida rasionundan çıxarılır. Urtikar bir dərmandan qaynaqlanırsa, müvafiq dərman dəri həkimi tərəfindən dayandırılır və uyğun müxtəlif preparatlarla əvəz olunur. Arı və başqa hər hansı həşərat sancması nəticəsində övrə və ya urtikar yaranıbsa, qıcıqlandırıcı zəhər üçün xüsusi immunoterapiya tələb oluna bilər.
Övrə xəstəliyi və ya Urtikar ağırlaşmalar
Kəskin övrə xəstəliyi olan insanların təxminən dörddə birində və xroniki övrə xəstəliyi olan insanların yarısında toxumaların daha dərin şişməsi olan Angioödem və ya Kvinke ödemi inkişaf edir.
Angioödem və ya Kvinke ödemi
Angioödem və ya Kvinke ödemi bir insanın dərisinin daha dərin təbəqələrində yaranan şişkinlikdir. Çox vaxt şiddətlidir və mayenin yığılması nəticəsində yaranır. Angioödem və ya Kvinke ödemi bədənin hər hansı bir hissəsində müşahidə oluna bilər, lakin adətən aşağıdakı nahiyələrdə müşahidə olunur:
Dermatoloq şişkinliyi aradan qaldırmaq üçün antihistamin dərman preparatları və oral kortikosteroidlərin istifadəsini tövsiyə edə bilər.
Emosional təsir
Hər hansı bir uzunmüddətli (xroniki) övrəylə yaşamaq çətin ola bilər. Xroniki urtikar bir insanın əhval-ruhiyyəsinə və həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər. Qaşıntılı dəri ilə yaşamaq xüsusilə əsəb korlayıcı ola bilər. Bir araşdırma, xroniki övrənin ürək xəstəliyi ilə eyni mənfi təsir göstərə biləcəyini göstərdi. Bu araşdırma, həmçinin müəyyən etdi ki, xroniki övrəsi olan hər yeddi nəfərdən birində psixoloji və ya emosional problem var, məsələn:
Övrə xəstəliyiniz sizin həyat keyfiyyətinizi aşağı salmadan, simptomlarınız ağırlaşmadan dəri həkiminə müraciət edin.
Anafilaktik Şok və ya Urtikar Anafilaksiyası
Qısa zaman ərzində bütün orqanları təsiri altına alan reaksiyaya anafilaktik şok və ya anafilaksiya deyilir.
Urtikar Anafilaksiyası simptomları: