Main

Papilödem - Optik Sinir Şişməsi

Papillödem, yəni optik sinirin şişkinliyi - müxtəlif səbəblərdən baş daxilində artan təzyiqdən qaynaqlanan baş ağrısı, qusma və ürəkbulanma kimi simptomlarla özünü göstərə bilər. Göz dibində optik sinirin şişməsi olaraq da təyin olunan papilödem, yarandığı səbəbə görə müalicə planlaması ilə aradan qaldırılır.

PAPILÖDEM (OPTİK SİNİR ŞİŞMƏSİ) NƏDİR?

Papillödem beyin daxili və ya ətrafında artan təzyiqin göz daxili optik sinirin bir hissəsinin şişməsinə səbəb olan göz narahatlığıdır. Beyni əhatə edən maye, daim istehsal olunur və yenidən sorulur. İnsan küt kəllə-beyin travması aldıqda həmin maye beyni qorumaq üçün kifayət qədər kəllədaxili təzyiqi sabitləyir. Optik sinirin anatomiyasına görə o beyindəki problemlər üçün həssas əlamət hesab olunur. Bu sinir hər bir göz almasının arxa və tor qişasını beyinə bağlayır. Beyin və göz arasındakı qısa məsafədə, optik sinirin bütün səthi serebrospinal maye ilə yuyulur. Bu maye siniri qəfil hərəkətlərdən qoruyur. Bununla belə, beynin şişməsi nəticəsində yaranan bu mayenin təzyiqində cüzi artımlar belə, optik siniri bütün ətrafında "boğa" bilər. Bu sinir yüksək təzyiqə məruz qaldıqda və ya öz-özünə iltihabı inkişaf etdirdikdə, göz almasının arxa divarına qarşı şişərək papilödemaya səbəb ola bilər.

PAPİLÖDEMİN SƏBƏBƏLƏRİ

  • Kəllə beyin travmaları
  • Anemiya (kifayət qədər qırmızı qan hüceyrələri və ya hemoglobinin olmaması)
  • Serebrospinal maye - beyində beyin mayesinin yığılması (hidrosefali)
  • Beyin qanaxması
  • Ensefalit (beyin iltihabı)
  • Beyin toxumasının iltihabı (meningit)
  • Yüksək qan təzyiqi
  • Beyin absesləri
  • Beyin şişləri
  • Piylənmə
  • Hipertoniya

PAPILÖDEMİN ƏLAMƏTLƏRİ

Papilödemlərin ən çox görülən və ən erkən simptomları xəstədə qısa müddət ərzində meydana gələn bulanıq görmə, ikiqat görmə, görmə parıltısı və bir neçə saniyə davam edən görmə itkisi ilə başlayan görmə pozğunluqlarıdır. Tipik olaraq, vizual dəyişikliklər özünü– görmənin boz və ya qara rəngə çevrilməsi, bəzən sanki gözlərin üzərinə pərdə düşmüş kimi 30 saniyədən az davam edən təkrarlanan qısa epizodlar kimi biruzə verir. Simptomlar adətən eyni anda hər iki gözə təsir edir. Adətən qəfil ayağa qalxarkən belə dəyişikliklər baş verir. Papillödemli insanlar adətən qövs şəklində yanıb-sönən işıqlar gördüklərini deyirlər. Zamanla digər vizual dəyişikliklər yəni - böyük bir kor nöqtə və görmə sahəsinin daralması baş verir. Beyindən qaynaqlanan davamlı təzyiq bu dəyişikliklərin dəqiqələrlə davam etməsinə səbəb ola bilər və bəzi hallarda qalıcı ola bilər. Papilödemanı digər göz xəstəliklərindən fərqləndirən simptomlar aşağıdakılardır:

  • ürəkbulanma
  • qusma
  • anormal baş ağrıları
  • qulaqlarda cingilti

PAPILÖDEMİN MÜALİCƏSİ

Papilödemin müalicəsi bu pozğunluğun səbəblərini təyin etməklə həyata keçirilir. Əgər papilödemə səbəb olan beyin şişidirsə, müalicənin ilk addımı biopsiyadır. Beyin şişləri bəzən bir növ lazer terapiyası və ya radiasiya ilə müalicə edilə bilər. Əksər hallarda cərrahi müdaxilə tələb olunur. Yüksək qan təzyiqi papilödemlə nəticələnərsə, xəstə təcili olaraq xəstəxanada müalicə edilməlidir. İdiopatik kəllədaxili hipertenziya artıq onurğa mayesini çıxarmaq üçün dərman vasitəsi ilə müalicə edilə bilər. Bu dərman bədənin daha az serebrospinal maye istehsal etməsinə səbəb olur və mərkəzi sinir sisteminin təzyiqini normallaşdırır. Xəstəyə arıqlama üçün dieta təyin olunur. Müalicə müvəffəqiyyətsiz olarsa, əlavə onurğa mayesinin boşaldılmasına kömək etmək üçün cərrahi müdaxilə tələb olunacaq. İdiopatik kəllədaxili hipertenziya tez-tez görmə qabiliyyətinə zərər verə bilən uzunmüddətli bir vəziyyət olduğundan, bir oftalmoloq tərəfindən aparılan monitorinq müalicənin vacib hissəsidir.

Papilödemanın səbəbi müəyyən edildikdən və müalicə edildikdən və onurğa mayesində artan təzyiq normala qayıtdıqdan sonra, optik diskin şişməsi altı-səkkiz həftə ərzində tədricən yox olacaq. İdiopatik kəllədaxili hipertenziyada olduğu kimi təzyiq artımı daha uzun müalicə tələb etdikdə, simptomların aradan qaldırılması daha uzun çəkə bilər.

https://www.memorial.com.tr/hastaliklar/papilodem-optik-sinir-sismesi-nedir

TƏRCÜMƏ