Main

Parkinson Xəstəliyi

Parkinson xəstəliyi beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin korlanması nəticəsində baş verir. Beyində dopamin istehsal edən hüceyrələr hərəkətlərin idarə olunmasından məsuldur. Hərəkətlərdə yavaşlama, istirahət edərkən titrəmə, psixiatrik pozğunluqlarla özünü göstərən bu xəstəlik daha çox 60 yaşdan sonra insanlarda müşahidə edilir. Ancaq genetik səbəblərə görə 40 yaşlı insanlarda da rast gəlinə bilər.

Parkinson Xəstəliyinin Əlamətləri

Parkinson xəstəliyi beyin sapının dopamin istehsal edən bölgəsindəki hüceyrələrin itməsi nəticəsində yaranır və nəticədə bu maddə az buraxılır. Xəstələrin hərəkətləri ilə əlaqədar olan bu simptomların yanında bir çox fərqli şikayətləri də ola bilər. Parkinson xəstəliyinin ən çox müşahidə olunan əlamətlərini isə aşağıdakı kimi sıralamaq olar:

  • Yorğunluq;
  • İdrak funksiyalarının azalması;
  • Depressiya;
  • Narahatlıq;
  • Davranış pozğunluqları;
  • Görmə zəifliyinin yaranması;
  • Çəki itkisi;
  • Yuxu pozğunluğu və ağrı kimi.

Parkinson xəstəliyinin əsas simptomlarını bir-bir nəzərdən keçirsək;

  • Titrəmə, əl titrəməsi – Baş barmağın nəzarətsiz hərəkəti, çənə və dodaqda titrəmə, bəzən ayaq əzələlərində səyirmə müşahidə oluna bilər. Unudulmamalıdır ki, bütün əl titrəməsi parkinson xəstəliyi demək deyil. Parkinson xəstəliyində titrəmə əllər istirahətdə olarkən də baş verir. Onu stresli və həyəcanlı vəziyyətdə baş verən, kofe və ya dərman qəbul etdikdən sonra yaranan titrəmələrdən və ya əsas tremor adlanan ailəvi tremor xəstəliyindən ayırmaq lazımdır.
  • Hərəkətlərin yavaşlaması (Bradikinezi) - Hərəkətə başlamaq və saxlamaqda çətinlik parkinson xəstəliyində ümumi simptomlardır. Xəstələr tez-tez qısa addımlarla yeriyir və əzələ sərtliyindən bədən ağrıları olur.
  • Nitqdəki dəyişikliklər - Danışıq sürətinin artması və ya aşağı səs tonu ilə danışma, mimikaların azalması və nitqin monotonluğu parkinson xəstəliyinin tapıntıları arasındadır.
  • Əl yazısının deqradasiyası - Əl yazısının qəfil pisləşməsi, sözlərin kiçilməsi və ya sözlərin yaxın yazılışı parkinson xəstəliyindən xəbər verməlidir.

Parkinson xəstəliyi tez-tez tədricən inkişaf edir və bütün bədəndə onun təzahürləri çox vaxt asimmetrik olur. Tədricən xəstəliyin vəziyyəti irəliləyir. Bu əlamət və simptomlar ilə parkinson xəstəliyi özünü biruzə verə bilir. Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyinizdə fayda vardır.

Parkinson xəstəliyinin diaqnozu

Parkinson xəstəliyinin diaqnozu kliniki nəticələrə əsaslanır və adətən mütəxəssis nevroloq tərəfindən qoyulur. Tipik simptomlara istirahət zamanı baş verən əllərdə titrəmə, yavaş hərəkət, gəzinti zamanı tarazlığın itirilməsi, əzələ sərtliyi və üz ifadəsinin azalması daxildir. Diaqnoz zamanı xəstəlik tarixi, simptomların başlanğıcı və inkişafı araşdırılır. Ancaq diaqnoz qoymaq üçün yalnız simptomlar kifayət deyil. Tez-tez istifadə olunan diaqnostika üsullarından biri müəyyən dərmanın təsiri altında simptomların müvəqqəti aradan qaldırılmasıdır. Bu, Parkinson xəstəliyinin diaqnozunda mühüm addımdır. Bundan əlavə, maqnit rezonans görüntüləmə (MRT) kimi müayinə üsullarından istifadə edilərək beyindəki dəyişikliklər araşdırılır. Diaqnostika prosesində digər nevroloji xəstəlikləri və oxşar simptomlara səbəb olan şərtləri də istisna etmək lazımdır.

Parkinson Xəstəliyinin Müalicəsi

Parkinson xəstəliyinin müalicəsi prioritet dərman müalicəsidir. Dərman müalicəsi ilə beyində dopamin istehsal boşluğu bağlanır. Dərmanlar mövcud şikayətləri azalda bilsə də, xəstəliyin inkişafının qarşısını ala bilmir. Buna görə də, hazırda parkinson xəstəliyinin qəti müalicəsi yoxdur. Müalicədə xəstənin yaşından, xəstəliyin əlamətlərindən və mərhələsindən asılı olaraq, müalicə üsulu təyin edilir. Dərman müalicəsi ilə simptomlar yox olur və xəstəliyin inkişafı yavaşlayır. Lakin xəstəlik yaxşılaşmazsa və ya dərman istifadəsi ilə bağlı əlavə təsirlər baş verərsə, cərrahi müalicə üsullarından da istifadə edilə bilər.

Cərrahi müalicədə iki variant var: beyin batareyası (dərin beyin stimullaşdırılması) və beyin zədələnməsi əməliyyatı (ablativ üsullar). Beyin batareyası üsulu ilə parkinson xəstəliyin təsirləri əhəmiyyətli dərəcədə azalır və insanın həm gündəlik həyatını, həm də rahatlığını məhdudlaşdıran hərəkətlərdə yaxşılaşma müşahidə edilir.

Xəstəliyin qarşısının alınması bu gün hələ mümkün deyil. Parkinson xəstəliyi ilə mübarizədə erkən diaqnoz, uyğun dərmanlarla düzgün müalicənin seçilməsi, fizioterapiya və idman çox vacibdir. İdman sayəsində yeriş, tarazlıq və duruş yaxşılaşdırıla bilər. Bundan əlavə, depressiya, durğunluq, yorğunluq və qəbizlik kimi xəstəliyin digər psixoloji və fizioloji reaksiyaları da müsbət təsir göstərir.

https://btk.az/ru/yenilikler/blog/269-parkinson-ndir-hans-rikslri-var.html

https://haymorit.com/parkinson-x%C9%99st%C9%99liyi/