Pulpit, diş pulpası iltihablandıqda meydana çıxan prosesdir. İnsanlar pulpanı "sinir" adlandırırlar. Bu, diş boşluğunu dolduran lifli birləşdirici toxumadır. Bu toxuma çoxlu sinir, limfa və qan damarlarını ehtiva edir. Pulpitin meydana gəlməsi bakteriyaların çürümüş boşluqlardan nüfuz etməsi ilə əlaqələndirilir. Dişin travması və ya sınığı dişdə pulpit əmələ gəlməsinə səbəb ola bilər.
Pulpitin xarakterik bir əlaməti paroksismal xarakterli dişdə kəskin və kəsici ağrıdır. Ağrı, çənəni və başın ətraf hissələrinə də təsir edə bilər. Pulpitdən təsirlənən diş termal qıcıqlandırıcılara qarşı çox həssas olur. Bundan əlavə, ağrı qıcıqlandırıcı təsir aradan qaldırıldıqdan sonra da qala bilər.
Pulpitin qarşısını almaq üçün dişləri vaxtında plombla doldurmaq lazımdır.
Pulpit bəzən xroniki hala gələ bilər və bu zaman lifli bağ toxumanın böyüdüyü lifli pulpit meydana gələ bilər. Bu hal yüngül ağrı ilə meşahidə olunur. Bundan əlavə açıq çürük boşluq vasitəsilə pulpa toxumasının böyüməsi ilə xarakterizə olunan hipertrofik pulpit də mövcuddur. Qanqrenoz pulpit isə toxuma parçalanması ilə xarakterizə olunur. Bu tip pulpitdə şiddətli ağrı meydana çıxır, diş istiyə qarşı çox həssas olur, lakin soyuqluq dişə rahatlıq gətirir. Belə pulpitin periodontitə çevrilməsi ehtimalı böyükdür.
Diaqnozu
Pulpitin diaqnozu klinik məzərəyə və müayinənin nəticələrinə, ağrının təzahürlərinə, xarakterik əlamətlərinə, ağrı hücumlarının şiddətinə və müddətinə gecə ərzində ağrının olub olmamasına əsaslanır.
Xəstəliyə diaqnoz qoyarkən, həkim gizli kariyesləri müəyyən etmək üçün sizi narahat edən dişin rentgen müayinəsini təyin edirlər. Təcrübədə termometrik və elektrometrik tədqiqat üsullarından istifadə olunur. Onlar xarici stimulun təsiri altında pulpanın ağrılı reaksiyasının meydana gəlməsinə əsaslanır.
Müalicəsi
Xəstəliyin şiddətindən asılı olaraq pulpit müalicəsinin bir neçə yolu var. Konservativ (bioloji) müalicə üsulu ilə pulpa canlı qalır. Bu üsul gənc xəstələrdə, eləcə də travmatik pulpit zamanı istifadə olunur. Zədələnmiş diş antibiotiklər və digər dərmanlarla müalicə olunur. 1-2 gün ərzində dişə dərmanla tampon yerləşdirilir. Bundan sonra dentin istehsalını stimullaşdıran kalsium hidroksid əsasında pasta qoyulur və 5-7 gün müddətinə müvəqqəti plomb qoyulur. Həkimə üçüncü ziyarətdə dişin son doldurulması prosesi aparılır. Konservativ terapiya dişin normal işləməsi və qidalanması üçün lazım olan siniri saxlamağa imkan verir.
Ancaq əksər hallarda xəstəliyin cərrahi müalicəsi (depulpektomiya) aparılır, burada pulpa lokal anesteziya altında çıxarılır. Xəstələr bu proseduru "sinirlərin çıxarılması" adlandırırlar. Bundan sonra diş kanalı plomb materialı ilə doldurulur. Depulpasiya üçün iki üsuldan istifadə olunur. Birinci halda, pulpanın yalnız yuxarı hissəsi çıxarılır, özü isə canlı olaraq qalır. İkinci üsulda devitalizasiya aparılır: pulpaya bir neçə gün ərzində toksik bir pasta tətbiq olunur. Nəticədə pulpa nekrotik olur (öldürülür). Müalicədən sonra bütün kanalların tamamilə bağlanmasını təmin etmək üçün rentgen çəkilməlidir. Siniri olmayan diş qidalanmadığından zamanla qaralır və kövrək olur. Həkimlər bu dişə qapaq qoymağı məsləhət görürlər.
tercume