Qəbizlik bağırsaq hərəkətliliyinin azalması və defekasiya aktının çətinləşməsinə verilən addır. Bu hal insanlar arasında çox geniş yayılmış bir həzm sistemi problemidir. Müasir dövrün yaşam şərtlərinin gətirdiyi stres, hərəkətsizlik və yaxşı qidalanmamaq kimi faktorlar qəbizliyin əhali arasında geniş yayılmasına səbəb olmaqdadır. Qəbizlik ayrıca bir xəstəlik olmayıb, hər hansısa bir xəstəliyin əlaməti və ya bir halın nəticəsidir. Çox insan tərəfindən dilə gətirilməsə də, belə şikayətlər yaşam keyfiyyətinə ciddi surətdə təsir etməkdədirlər.
Bağırsağın hərəkətliliyi hər bir insanda fizioloji xüsusiyyətlərə görə fərqli ola bilir. Lakin ümumi götürdükdə, həftədə 3 dəfədən az defekasiya (nəcis ifrazı) olduğu zaman və nəcisin sərt və quru olduğu zamanlar qəbizlik var deməkdir.
Bu şikayətlər adətən keçici bir haldır. Bəzi insanlar yaşam tərzlərini dəyişməklə (idmanla məşğul olmaqla, bol su içməklə, lifli qidalarla qidalanmaqla) bu şikayətlərdən qurtula bilirlər. Eyni zamanda defekasiyanı asanlaşdıran bir sıra dərmanlar da fayda verməkdədir.
Qəbizliyin əlamətləri
Həyat tərzinizi dəyişsəniz belə, aşağıdakı əlamətləriniz varsa, mütləq həkim müayinəsində olmalısınız:
Səbəbləri
Qəbizliyin yaranma səbəbi çox zaman dəqiq bilinməz. Lakin qəbizlik, bağırsaqdakı atqıların və nəcis kütləsinin həzm sistemindən çox yavaş keçməsi halıdır. Bu isə nəcis kütləsinin sərtləşməsinə və qurumasına səbəb olur. Normalda belə atqılar bağırsaqların hərəkətliliyi ilə həzm sistemi boyunca irəliləyər. Lakin az su içdikdə, lifi qidalardan istifadə etmədikdə bağırsaqlarda hərəkətlilik zəifləyir. Belə olduqda isə nəcis sərtləşir və quruyur. Bu hal da qəbizliyə səbəb olur.
Qəbizliyin müalicəsi
Qəbizliyin müalicəsi insandan insana dəyişir. Əgər yuxarıda qeyd olunan əlamətlər xroniki bir hal almışdırsa, mütləq bir qastroenteroloq müayinəsindən keçməlisiniz. Bu zaman həkiminiz bu kimi şikayətlərə səbəb olan xəstəliyi aşkarlayacaq və müalicəni o istiqamətdə aparacaqdır.
https://qastroenteroloq.az/qebizlik-nedir-mualicesi-elametleri/