Qıcıqlanmış bağırsaq sindromu və ya mədə nevrozu sinir sisteminin tənzimləmə mexanizmlərinin pozulması nəticəsində meydana çıxır. Xəstəlik ağır psixoloji travma və ya stress sonrası meydana çıxa bilər. Yalnış olaraq bəzən elə hesab olunur ki, bu xəstəlik emosional ləbil, qıcıqlanmaya meyilli və emosiyalarını idarə edə bilməyən şəxslərdə baş verir. Əslində isə, mədə nevrozu yüksək psixoemosional şəxslərlə yanaşı, ilk baxışda soyuqqanlı görünən və emosiyalarını boğa bilən şəxslərdə də rast gəlinir. Bu soyuqqanlılıq sadəcə görüntüdür, əslində emosional olan bu şəxslər sadəcə reaksiyalarını idarə etməyi öyrənmiş şəxslərdir.
Tətikləyici faktorlara psixi yüklənmə, münaqişəli vəziyyətlərlə yanaşı qeyri rasional qidalanma da aid ola bilər. Həmçinin bir çox xəstəliklər-yumurtalıqların iltihabı, sidik kisəsi və prostatın, düz bağırsağın xəstəlikləri də qıcıqlanmış bağırsaq sindromuna səbəb ola bilər.
Xəstəlik əsasən gənc və orta yaşlı şəxslərdə müşahidə olunur. Qadınlar arasında rast gəlmə tezliyi kişilərlə müqayisədə 2-3 dəfə çoxdur.
Əlamətləri
Qıcıqlandırıcı faktordan və sinir sisteminin reaksiyasından asılı olaraq simptomlar müxtəlif dərəcədə ola bilər. Ümumi nevroz əlamətləri, diqqətin yayınması, narahatlıq, yuxusuzluq, baş ağrısı, tərləmə ilə yanaşı aşağıdakı şikayətlər də olur.
Sadaladığımız bu şikayətlərdən başqa sol tərəfdə qabırğaarası nahiyədə ağrı, ürəkbulanma, mədədə ağrı, ritm pozğunluqları, tez-tez sidiyə getmək, oynaqlarda ağrı, zəiflik, boğazda “tikə” qalma, ağızda quruluq da müşahidə oluna bilər.
Müalicəsi
Xəstəlik ümumi nevroz fonunda yarandığı üçün yanaşma kompleks olmalıdır. Psixoterapevt və qastroenteroloqun birgə yardımına ehtiyac vardır. Müalicədə əsas şərt həyat tərzini normallaşdırmaq, istirahət və qidalanmaya diqqət etməkdir.