Qırtlaq həmçinin səs bloku kimi tanınır, boğazın arxasında nəfəs borusunun (traxeyanın) qarşısında yerləşir.
Hava doğru səs bağlarından buraxılarkən, onlar vibrasiya edərək səs yaradırlar.
Qırtlağın xərçəngi, həmçinin laryngeal xərçəng adlanır, elə bir xərçəng növüdür ki, o qırtlaq toxumasının içərisində inkişaf edir.
Əlamətləri
Klinikada əsas rolu xərçəngin hansı nahiyədə lokalizasiyası tutur. Lokalizasiyasına görə 3 yerə bölünür:
Şiş adətən siqaret çəkənlərdə müşahidə olunur. Həmçinin xroniki laringiti olub müalicəsi yaxşı olunmayan və leykoplagiyası olan xəstələrdə müşahidə olunur.
Qırtlaq xərçənginin ilkin əlaməti adi soyuqdəymə əlamətləridir. Buna görə xəstələrin diaqnostikası gecikir. İlkin əlamətlər:
Gec yaranan simptomlar bunlardır:
Histoloji olaraq əsasən sıxhüceyrəli şiş inkişaf edir.
İnkişaf etmiş mərhələlərdə səbəbsiz zəiflik, ağızdan qoxunun gəlməsi və ətraf limfa düyünlərinin şişməsi müşahidə olunur.
Qırtlaq xərçənginin diaqnozu
Boğazın və boyunun fiziki nümunələri: Boğaz və boyunun anormal sahələrinin yoxlama nümunəsi. Şişmiş limfa düyünləri boyunda hiss edilir. Xəstənin sağlamlıq vərdişləri və keçmiş xəstəlikləri və tibbi müalicələrinin tarixçəsi də nəzərə alınır.
Müalicəsi
Qırtlaq xərçəngini müalicə etmək üçün iki növ cərrahiyyədən istifadə edilir. Onlar aşağıdakılardır:
Qismən larinqektomiya; Əməliyyata qırtlağın zədələnmiş hissəsinin cərrahiyyə yolla çıxarılması daxildir. Səs tellərinin bəzi hissələri saxlanılır ki, xəstə danışa bilsin, amma bu səs kifayət qədər xırıltılı ola bilər. Xəstə əməliyyatdan sonra ciddi nəzarət altında olmalı, requlyar olaraq yoxlanılmalıdır. Əgər şiş yayılmayıbsa və ilkin mərhələdədirsə bu üsul mümkündür, əks halda ümumi larinqektemiya tövsiyyə edilir.
Ümumi larinqektomiya; Ümumi larinqektomiya adətən qırtlaq xərçənginin inkişaf etmiş üçüncü və dördüncü mərhələsində müalicə üçün istifadə edilir. Əməliyyata qırtlağın tam çıxarılması daxildir. Yaxınlıqdakı limfa düyünlərinə xərçəng keçibsə onların da çıxarılması lazım gələ bilər.
Xəstənin səs telləri çıxarılır, və o bir daha adəti üzrə danışa bilmir. Xəstənin nitqini bərpa etməyin bir sıra yolları mövcuddur. Əgər xəstəyə ümumi larinqektomiya edilibsə, ona sabit traxeostomiya lazım gələ bilər. Boru adətən bir neçə həftədən sonra çıxarılır, və onun yeri deşik qalır. Dəridə cərrahiyyə yolla yaradılmış deşik termininə stoma deyilir.
Qırtlaq xərçəngindən sağalma
Əgər xəstədə qırtlaq tam və ya qismən çıxarılıbsa, (larinqektomiya), çox ehtimal ki, ona bir-iki gün intensiv yardım qurğusunda (ICU) qalmaq lazım gələcəkdir ki, bədən cərrahiyyə təsirindən sonra bərpa edilsin.
Qırtlaq sağalmayanadək o yemək yeyə bilmir, və bir çoxları üçün bu 7-14 gün çəkir. Bu vaxt ərzində xəstə, qarnına qoyulmuş və bir ucu burnunun altında quraşdırılmış boru ilə qidalandırılır. Amma, bəzi adamlarda sagalma hətta bir neçə ay da sürə bilər.