Main

Qumar asılılığı (İqromaniya)

Qumar asılılığı, insanın həyatına mənfi təsir göstərən qumar oyunlarına olan (kart, kazino, oyun avtomatları və s.) aludəçilik və xroniki bir vəziyyətdir. Qumar davranışlarınız üzərində nəzarəti itirməyinizə səbəb olaraq asılılıq yaradır. Belə bir vəziyyətlə qarşılaşsanız, mütəxəssis həkimə müraciət etməlisiniz.

Qumar asılılığı (İqromaniya) və onun növləri

Qumar pozuntusu olaraq da bilinən bu vəziyyət, insanı daimi stresə salan və onun qumarla məşğul olmasına səbəb olan psixi vəziyyətdir. Qumar asılılığı işə, məktəbə, münasibətlərə və maliyyəyə mənfi təsir göstərə bilər. Qumar oyunlarının bir çox növləri vardır. Ən çox rast gəlinənlər arasında idman yarışları, mərc oyunları və kazinolardır. Hal hazırda online formada da qumar oyunları olduqca yaygındır. Virtual qumar asılılığının müalicəsi digər qumar asılılıqları kimi edilə bilər. Ancaq qumar oynayan hər kəsdə asılılıq yaranmır. Bu növ asılılıq narkotk asılılığına bənzəyir. Çünki beyin kimyası hər iki növdə dəyişə bilər.

Qumar asılılığının (İqromaniya) əlamətləri

Qumar aludəçiliyinin ən mühüm əlamətlərindən biri də insanın qumar oynamasının onun işinə, maddi vəziyyətinə və münasibətlərinə təsir etməsidir. Ancaq fərqli simptomlar da görünə var. Bu simptomları aşağıdakı kimi sıralamaq olar:

  • Tez-tez qumar oynamaq istəyi,
  • Daha çox həyəcan və həzz almaq üçün daha çox pulla qumar oynamaq istəyi,
  • Qumarı tərgidərkən və ya azaldarkən müvəffəqiyyətsiz olmaq,
  • Qumarı tərgidmək istəyəndə qəzəbli və narahat olmaq,
  • Mənfi emosiyalar hiss etdikdə qumar oynamaq (qumar oyununu mənfi duyğulardan qaçmaq kimi görmək),
  • Qumarda itirilən pulu qaytarmaq üçün yenə qumar oynamaq,
  • Ətrafdakı insanlara qumar oynadığını tərgitməsi barədə yalan danışması,
  • Qumarda itirilən pulu qaytarmaq üçün başqalarının məsləhəti ilə qumar oynamaq,
  • Həyatına mənfi təsir etsə belə qumar oynamağa davam etmək.

Qumar asılılığının (İqromaniya) səbəbləri

Qumar asılılığı mürəkkəb bir vəziyyətdir və tək bir səbəbdən yaranmaya bilər. Qumar asılılığına səbəb olan amilləri aşağıdakı kimi sıralamaq olar:

  • Genetik,
  • Şəxsi xüsusiyyətlər və psixi sağlamlıq,
  • Beyin kimyasında dəyişiklik.

Qumar asılılığı genetik ola bilər. Eyni yumurta əkizlərinin üzərində aparılan araşdırmalara görə, ətraf mühit faktorları fərqli olsa belə, bu tip asılılığın genlərdə olduğu üçün qumar asılılığının inkişaf etmə ehtimalının ola biləcəyi məlum olub. Digər səbəb, şəxsi xüsusiyyətlər, qumar asılılığı olan insanların xüsusiyyətləri və davranışlarının həddindən artıq olmasıdır.

Bu davranışları həyəcan axtarışı, qərar verməkdə çətinlik çəkmək, emosional olaraq qeyri-sabit olmaq və bir şey etmək məcburiyyətində hiss etmək kimi sıralamaq olar. Bundan əlavə, qumar asılılığı olan insanlarda maddə və spirt istifadəsi pozğunluqları, impuls nəzarəti pozğunluqları, depressiya, narahatlıq və digər şəxsiyyət pozğunluqları ola bilər. Bu şərtlər həm qumar asılılığından əvvəl, həm də sonra inkişaf edə bilər.

Qumar oynamaq beynin ödül mərkəzini işə salır, insanı bioloji olaraq daim ödül axtaran birinə çevirir. Normal şəraitdə insan sevdiyi şəxslə yaxşı vaxt keçirəndə və ya yemək yeyəndə belə bədəndə dofamin hormonu (motivasiya hormonu) ifraz olunur. Qumar oynamaq da ciddi dopamin ifrazına səbəb olur. Ancaq bu ifraz olunan dopamin sizi yaxşı şeylərə həvəsləndirmək əvəzinə duyğularınıza və davranışlarınıza təsir edir. Bu səbəbdən dopamin səviyyəsi aşağı düşdükdə, insan yenidən qumar oynamağa başlayır. Bütün bu hormon dalğalanmaları zamanla beynin kimyasını dəyişir və bədəndə dopamin səviyyəsi yüksək olsa belə insan özünüzü bədbəxt hiss edır. Bu halda insanlar özlərini xoşbəxt hiss etmək üçün daha çox qumar oynamağa başlayırlar.

Qumar asılılığının (İqromaniya) müalicəsi

Qumar asılılığı üçün heç bir dərman yoxdur. Bu aslılığın müalicəsi üçün yalnız fərqli psixoterapiya üsulları mövcuddur. Psixoterapiya insana qeyri-sağlam duyğuları, düşüncələri və davranışları dəyişməyə kömək edə bilər. Qumar asılılığı üçün aşağıdakı terapiya üsullarından istifadə edilə bilər:

  • Koqnitiv Davranış Terapiyası: Bu terapiya növündə hədəfə yönəlmiş tətbiqlər edilir. Mütəxəssis həkim sizin düşüncələrinizi və hisslərinizi görməyə imkan verir. Burada düşüncələrinizin və duyğularınızın sizə necə təsir etdiyini və hansı davranışları qəbul etdiyinizi görə bilərsiniz. Bu terapiya növü qumar asılılığı üçün istifadə edilən ən çox yayılmış növlərdən biridir.
  • Motivasiya Terapiyası: Bu terapiya vasitəsilə siz qumar asılılığının sizə necə təsir etdiyini dərk edə və qeyri-müəyyənliyi həll edə bilərsiniz. Burada siz özünüzü başqa insanlarla müqayisə edərək təhlil edirsiniz. Bu cür təhlillər vasitəsilə davranışınız dəyişə bilər.
  • Qrup terapiyası: Adından da göründüyü kimi, müəyyən sayda insandan ibarət qrupun problemləri müzakirə etməsi yaxşı bir üsuldur. Qrup terapiyası qumar aludəliyi olan insanlar üçün, xüsusən də asılılıq səbəbindən həyatlarında çox şey itirmiş insanlar üçün motivasiya mənbəyi ola bilər.
  • Psixodinamik Terapiya: Bu tip terapiyada iradənizin əleyhinə olan davranışların sizə necə təsir etdiyini anlaya bilərsiniz. Bu terapiyada məqsəd insanın özünüdərkini artırmaq və keçmiş davranışın indiki davranışa necə təsir etdiyini görməkdir.
  • Ailə terapiyası: Ailə terapiyası yaxınlarınızı məlumatlandırmanıza kömək edə bilər. Beləliklə, özünüzə uyğun bir ev mühiti yarada bilərsiniz.

Qumar oynamaq hər kəs üçün fərqli nəticələr və hər bir yanaşma fərqli insanlarda fərqli nəticələr göstərə bilər. Müalicə yolunda ən vacib şey müalicə almağa cəhd etməkdən çəkinməməkdir. Ümumiyyətlə, terapiyalar qumar oyunlarını, stressi, vaxtınızı daha yaxşı idarə etməyə və maliyyənizə nəzarət etməyə kömək edə bilər.