Quru göz sindromu gözün təbii mayesinin və nəmləndirilməsinin xroniki çatışmazlığı nəticəsində meydana gələn patoloji vəziyyətdir. Bu zaman gözün ön qişalarının zəif, lakin daimi iltihabı müşahidə olunur.
Quru göz həmçinin, keratitis sicca termini ilə adlandırılır ki, bu da göz yaşının həm miqdarının, həm də keyfiyyətinin azalması ilə müşayiət olunur. Quru keratokonyunktivit isə həm buynuz qişanı, həm də konyuktivanı zədələyən quruluqdur.
Simptomları
Daimi quruluq, göynəmə, qızartı və yanma hissi quru gözün əsas simptomlarıdır. Bu əlamətlərdən biri belə sizin göz həkiminə müraciət etmək üçün səbəb ola bilər. Bu zaman göz həkimi sizin göz yaşının miqdarını ölçmək istəyə bilər. Aşağı göz qapağınızın altına qoyulan nazik filter kağızı – Şirmer testi adlanır və sizin göz yaşı istehsalınızı müəyyən edir.
Quru gözün daha bir əlaməti yad cisim hissiyatıdır ki, bu zaman sanki siz gözünüzdə nəsə qalmış kimi hiss edirsiniz.
Və bu nə qədər qəribə səslənsə də, quru göz sindromu gözün sulanmasına səbəb ola bilər. Bu ondan irəli gəlir ki, bəzən gözün üst qişalarının quruması onda göz yaşı istehsalını artıra bilir.
Səbəbləri
Göz yaşı gözü yuyaraq, onu ərtaf mühitin tozundan təmizləyir və gözümüzü nəm saxlayır. Bundan başqa, göz yaşının tərkibindəki fermentlər gözdə yaşayan mikroorqanizmləri neytrallaşdırır. Bir sözlə, gözün sağlamlığı üçün göz yaşı çox vacibdir.
Göz yaşı ümumilikdə müxtəlif elementlərdən təşkil olunmuşdur ki, onlardan biri də göz qapaqlarındakı meybom vəziləri tərəfindən ifraz edilən yağdır. Bu yağ göz yaşının buxarlanmasının qarşısını alır. Quru göz sindromu zamanı göz yaşı vəziləri və ya göz ətrafı vəzilər kifayət qədər maye ifraz etmir, ya da meybom vəzilərinin disfunksiyası yağ ifrazını azaldır ki, bu da mayenin tez buxarlanmasına səbəb olur.
O, təbii qocalmanın nəticəsi kimi meydana çıxa bilər (xüsusilə qadınlarda menapauza zamanı); bir çox dərmanların, məsələn, antihistamin, antidepressant, qan təzyiqi, Parkinson zamanı istifadə edilən və ya hamiləliyə qarşı həblərin əlavə təsiri olaraq; və ya sizin yaşadığınız iqlimin quru və tozlu olmasının nəticəsi kimi yarana bilər.
Əgər sizin evinizdə və ya iş yerinizdə kondisioner və ya isidici sistem varsa, bu da gözlərinizin qurumasına səbəb ola bilər. Başqa bir səbəb kimi, sizin kompüterə baxan zaman gözlərinizi az qırpmanızı göstərmək olar.
Quru gözlər həmçinin, qurdeşənəyi, revmatoid artrit, Şeqren sindromu (quru gözlər, ağızda quruluq və revmatoid artrit və ya qurdeşənəyi) kimi sistem xəstəliklərinin simptomu kimi biruzə verir. Uzun müddət kontakt linza gəzdirmək gözlərdə quruluğa səbəb ola bilir; biq qayda olaraq, quru gözlər linza geyinən insanları ən çox narahat edən faktor olur.
Son tədqiqatlar göstərir ki, gözlərin quruluğu və kontakt linza istifadəsi qüsurlu dövran yarada bilir. Belə ki, gözlərin quruluğu linza gəzdirən zaman diskomfort hissi yaradır, linzalardan mayenin buxarlanması isə əlavə quruluğa səbəb olur. Linzalar üçün yeni materiallar və qulluq vasitələri onların qurumasının qarşısını ala bilər.
Digər səbəblər kimi göz qapaqlarının natamam bağlanmasını, göz qapağı xəstəliklərini və göz yaşı vəzilərinin patologiyasını göstərmək olar.
Göz yaşı 3 əsas komponentdən ibarətdir:
Hər bir komponent vacib funksiyanı yerinə yetirir. Məsələn, əgər yağ təbəqəsi göz yaşının buxarlanmasının qarşını alırsa, mutsin onun gözdə uzun müddət qalmasına xidmət edir. Hər bir komponent ayrı vəzi tərəfindən ifraz edilir:
Bu mənbələrdən hər hansı birinin problemi göz yaşının qeyri-sabitliyinə və quru göz sindromuna gətirib çıxara bilir.
Quru gözlər daha çox qadınlarda, ola bilsin ki, hormonal qeyri-sabitliklə əlaqədar olaraq, rast gəlinir. Tədqiqatlar göstərir ki, kişilərdə quru göz yaşla əlaqədar artmağa başlayır. Son araşdırmalara görə, siqaret çəkmə, həmçinin gözlərin qurumasına səbəb olur. Bundan başqa, son zamanlar göz qapaqlarında aparılan estetik əməliyyatların sayının artması, onların fəsadı kimi, göz qapaqlarının natamam bağlanması zamanı da gözlərin quruması baş verir.
Müalicəsi
Quru göz sindromu xroniki və çox zaman inkişaf edın proses olub, səbəbindən asılı olaraq sonacan müalicə olunmur. Lakin quruluq, göynəmə, yad cisim hissiyatlarını aradan qaldırmaq mümkündür. Quru göz sindromunun səbəbləri çox olduğuna görə, müalicə zamanı da müxtəlif üsullardan istifadə olunur.
Göz damcıları və başqa lubrikantlar. Sizin həkiminiz yağlayıcı göz damcılarından ibarət süni göz yaşı təyin edə bilər. Bu damcılar göynəmə və quruluq hissini aradan qaldıra bilər. Bəzi süni göz yaşları lipid çatışmazlığı kimi problemi aradan qaldıra bilmir.
Bəzən isanlar “qızartını götürmək üçün” reklam olunan (damardaraldıcı) damcılardan istifadə edir. Bu damcılar qızartını aradan qaldırmaqla yanaşı, tərkibindən asılı olaraq, gözünüzün nəmləndirilməsində iştirak edə və ya etməyə bilərlər. Bundan başqa bir müddətdən sonra sizin gözləriniz bu damardaraldıcı maddəllərin təsirinə öyrəşir ki, bundan sonra gözlərinizdəki qızartı daha da arta bilir. Qızartını aradan qaldıran damcıların həddən artıq istifadəsi isə daha ağır fəsadlara səbəb ola bilər.
Əgər siz kontakt linza gəzdirirsinizsə, bilməlisiniz ki, bəzi süni göz yaşlarının istifadəsi zamanı linzaları gözlərinizdən çıxarmalısınız. Damcının istifadəsindən sonra 15 dəqiqə gözləyib (etiketinə baxıb, dəqiqləşdirin) linzaları yenidən taxa bilərsiniz.
Əgər gözlərinizdəki quruluq cüzidirsə, nəmləndirici damcıların istifadəsi sizin vəziyyətinizi yaxşılaşdıra bilər. Lakin çox zaman bu, müvəqqəti xarakter daşıyır.
İstifadə etdiyiniz istənilən göz damcısının etiketini diqqətlə oxuyun, daha yaxşısı, hər hansı bir damcını reseptsiz almazdan əvvəl öz oftalmoloqunuzla məsləhətləşin.
Digər səbəbləri və müalicəsi