Şeqren sindromu (SS) xüsusilə gözyaşı və tüpürcək vəzi başda olmaqla ekzorin vəzlərin limfosit infiltrasiyası ilə xarakterizə olunan xroniki, sistemşəkilli, autoimmun xəstəliyidir. Bu xəstəliyin əsas simptomu ağızda və gözdə olan quruluq olsa da, yanaşı bir çox orqan və sistemləri də cəlb edə bilər. Şeqren sindromu həm primer, həm də sekonder olaraq iki qrupa ayrılır. Əsas xəstəlik yoxdursa primer, başqa xəstəliklə birlikdədirsə (xüsusilə RA VƏ SLE) sekonder adlanır.
Xəstəlik əsasən qadınlarda 40-50 yaş arasənda daha çox rast gəlinir və müxtəlif etnik qruplarda müxtəlif yayılma tezliyindədir.
Etiopatogenezi tam bilinməsədə, araşdırmalar genetika, hormonlar və virusların rolu üzərində dayanmağa səbəb yardır.
Şeqren sindromunda klinik müşahidələr genetikanın rolunu düşündürür. Əkizlərdə və ailə üzvlərində xəstəliyin olması genetic meyilliliyi dəstəkləyir. Digər autoimmun xəstəliklərdə olduğu kimi HLA-B28, HLADR3, HLA-DRw52 əlaqəsi göstərilir. HLA-DQA1 və HLA-DQB1 ilə antiRo/La antitelləri arasında əlaqənin olması da göstərilib.
Viruslarin şeqrenin etiologiyasında rol oynaması haqqında hipotezlər mövcuddur. Araşdırmalar əsasən Epstein-Barr və hepatit C virusu üzərində cəmləşmişdir. EBV-dən sonra şeqren sindromunun əmələ gəlməsi, xəstələrin qanında EBV antigeninə qarşı antitelin titrinin yüksəkliyi, tüpürcək və gözyaşı vəzlərində EBV DNT-sinın olması etiologiyada bu virusun rol oynadığını dəstəkləyən əlamət kimi qiymətləndirilir. HCV sialotropik bir virusdur. Bu viruslarla yanaşı HTLV (Human T Lymphotropic Virus type I) ve HIV-də günahlandırılan viruslardandır.
Şeqren sindromunun qadınlarda daha çox gorülməsi endokrin sistemin də xəstəliyin yaranmsında rolu olduğunu düşündürür. Esterojenin siçanlarda B limfosit inkişafını artırması və otoreaktiv B limositləri apoptozdan xilas etdiyi göstərilmişdir. Şeqren sindromunda da B limfosit hiperaktivliyinə hormonların eyni cür təsir etməsi ola bilər.