Main

Serebral atrofiya

Serebral atrofiya beyin parenximasının həcmli itkisinin morfoloji bir təsviridir və tez-tez çarpaz kəsişmədə vizualizasiya olunur. Əsasən bu birincili diaqnoz kimi yox lakin mərkəzi sinir sisteminə təsir edən bir sira xəstəliklərin ümumi son nöqtəsidir. Çox vaxt təsbit edilə bilən bir səbəb olmasa da atrofiyanın bəzi növləri klinik gedişatın təsbiti üçün faydalı ola bilər, xüsusilə də neyrodegenerativ xəstəliklərdə.
Bu yaşlı insanlar üçün adi görüntüləmə ola bilər, ona görə də xəstənin koqnitiv funksiyaları normaldırsa bunu sadə "involyusiya" və ya " yaşla əlaqləndirmək" yerinə beynin atrofiyası kimi qiymətləndirərkən bəzi fikir müxtəlifliyi yarana bilər.
Kliniki şəkli
Bu ayrıca xəstəlik olmadığı üçün bir klinik şəkli yoxdur. Bu xəstəliyi başqa şikayətlər zamanı adətən təsadüfən vizualizasiya zamanı aşkar edirlər.
Koqnitiv disfunksiya və kəskin konfuziya atrofiyalı pasientlərdə vizualizasiya üçün ümumi səbəblər içərisindədir.
Əsaslandırılmış patoloji səbəb atrofiyanın fokal və ya diffuz olmasından asılı olaraq kəskin fərqlənir.
Ocaqlı atrofiya:

  • Yaşla əlaqəli
  • Serebrovaskulyar xəstəliklərdə
  • Son mərhələdə olan dağınıq skleroz
  • Alkoqoldan istifadə(beyinciyin soxulcan hissəsinin atrofiyası
  • Dərmanlardan aşırı istifadə
  • posttravmatik (diffuz aksonal zədələnmə)
  • postinfeksion (məsələn, meningit)
  • bəzi neyrodegenerativ xəstəliklər °supranuklear iflicin proqressivləşməsi ilə.

Diffuz atrofiya:

  • postişemik travma
  • posttravmatik (qansızma, kontuziya)
  • bəzi neyrodegenerativ xəstəliklər
  • Alzheymer demensiyası
  • Parkinson xəstəliyi
  • Frontotemporal demensiya
  • Pik xəstəliyi
  • Hantinqton xəstəliyi
  • Kortikobazal degenerasiya

Müalicəsi

Əsasən simptomatik, yəni hal hazırda atrofik prosesləri müalicə etmək üçün heç bir üsul olmadığından müalicə, pozğunluğun səbəbinə görə deyil, fərdi simptomları yüngülləşdirməyə yönəlmişdir. Məsələn, həddindən artıq həyəcan, qıcıqlanma və ya apatiya vəziyyətində müvafiq sakitləşdirici və ya stimullaşdırıcı psixotrop dərmanlar təyin edilir.

Xəstəliyin ilkin mərhələlərində xəstələrin həyat tərzini qəfil dəyişmədən evdə saxlamaq məsləhətdir. Xəstəxanaya yerləşdirmə vəziyyətin pisləşməsinə səbəb ola bilər. Xəstənin daha çox hərəkət etməsi, gündüzlər daha az yatması və adi ev işləri ilə daha çox məşğul olması, kifayət qədər aktiv həyat tərzi keçirməsi üçün şərait yaratmalıdır. Ağır demans halında və xəstəyə evdə daimi qulluq və monitorinq imkanı olmadıqda, stasionar müalicə üçün xəstəxana şəraitində qalmaq tövsiyyə edilir.