Sinexiya, qız uşaqlarında meydana gələn anadangəlmə və ya qazanılma “yapışma”lardır. Sinexiya, qız uşaqlarında kiçik cinsiyyət dodaqlarının bir-birinə yapışması halıdır. Patalogiya adətən körpə doğulduqdan 7-8 həftə sonra,
bəzi hallarda isə təxminən uşaqların 2-5%-də və daha çox 3 ay - 6 yaş ararında aşkarlanır. Yapışma lokal və ya tam qapalı ola bilər.
Sinexiyanın səbəbləri
Sinexiyanın əsas səbəbi estrogen hormonunun səviyyəsinin aşagı olmasıdır, lakin bu çatışmazlıq həmişə anomaliyaya səbəb olmur. Həmçinin sinexiya, iltihabi proseslər, göbələk infeksiyaları, allergik xəstəliklər, gigiyenaya fikir verilməməsi və ya daha tez-tez aparılan intim gigiyenadır. Bu zamanı anaların uşağı təmizləyərkən vaginal nahiyəni həddindən artıq sürtməsi, uyğun olmayan PH tərkibli şampun ilə yuyulma səbəb kimi görülür ki, bu da selikli qişanın incəlməsinə və birləşdirici toxuma qatının yaranmasına səbəb olur. Yapışmaların 90%-i ilk 6 ay ərzində özbaşına, 98%-i 4-5 yaşa qədər heç bir müdaxilə olmadan da geriləyir. Yalnız 1-2%-i yetkinlik yaşına qədər geriləməyə bilər.
Sinexiya simptomları
Patoloji prosesin yaranması özünü biruzə verməyə və uzun müddət valideynlər tərəfindən fərq edilməyə bilər. Uşağın narahatlığına səbəb olan sidik ifrazının çətinliklərini valideyn aşkar edərək həkim müraciət edir. Sinexiya ilə bağlanan sidik kanalı usağın sidik ifrazatını çətinləşdirir.
Çox vaxt həkim, qız uşağının cinsiyyət orqanlarının bir-birinə "yapışdığı" və vajina girişinin qatla örtüldüyü zaman "sinexiya" diaqnozu qoyur. Tam sinexiya baş verərsə, o zaman hətta uşaqlığın girişi bağlana bilər.
Müalicəsi
Müalicəsini yalnız yaranma səbəbini aşkar etdikdən sonra aparmaq lazımdır. Xəstəliyin başlanğıc mərhələsində müalicə aparılması məsləhətdir, yaxma analizləri və digər müayinələr aparılmalıdır.
Gec aşkar olunan sinexiyalar yalnız cərrahi üsullarla müalicə olunur.
Tərcümə