Stridor – kobud və yüksək səs kimi təyin olunan qismən daralmış tənəffüs yolundan sürətlə keçən havanın turbulentlik nəticəsində yaratdığı səsli tənəffüsdur. Stridora adətən yenidoğulmuş uşaqlardarast gəlinir. Bu, ekstratorasik tənəffüs yollarının obstruksiyası və tənəffüs yollarının daralması nəticəsində yaranan səs-küylü tənəffüs nümunəsidir. Stridor, xəstəlik deyil anadangəlmə anomaliyadır.
Stridorun səbəbləri
Stridor yuxarı tənəffüs yollarında yarı tıxanıqlıq səbəbindən turbulent hava axını nəticəsində fit tənəffüs səslərinin yaranmasına verilən addır. Daha çox nəfəs alarkən bu səsi eşitmək mümkündür.
Yenidoğulmuşlarda stridor adətən larinqomalaziyadan qaynaqlanır. Bundan əlavə, kəskin epiqlottit allergik reaksiyalar, kəskin laringotraxeit, tənəffüs yollarında ödem və ya şiş nəticəsində də yarana bilər.
Stridor adətən doğuşdan dərhal sonra başlayır, ilin ikinci yarısında azalır və 2-3 ilə öz-özünə sağalır.
Stridorun simptomları
Nəfəs alarkən yaranan səs göyərçinlərin uğultusunu, bəzən pişiyin xırıldamasını xatırladan fit və ya cingilti səsinə oxşayır. Səs-küyün intensivliyi yuxu zamanı, uşağı soyuq otaqdan isti otağa keçirərkən, uşaq sakitdirsə, azalır. Əksinə, həyəcan, qışqırıq, öskürək ilə artır. Stridorlu uşağın ümumi vəziyyəti bir qədər narahat olur, nəfəs alması bir qədər çətinləşir, lakin doş əmməsində problem yaranmır.
Stridorun diaqnozu
Stridor inspirator və ekspiratuar tipli ola bilər. Körpədə stridor inkişaf etdikdə, timus vəzinin əhəmiyyətli dərəcədə böyüməsi, bronxoadenit, anadangəlmə ürək xəstəliyi və ya sıxılma və tənəffüs formasında dəyişikliklərə səbəb ola biləcək mediastinal şişin olub olmadığını müəyyən etmək lazımdır. Stridorun ağır formalarında stridorun polip və ya səs tellərinin anadangəlmə qişasından qaynaqlandığını müəyyən etmək üçün larinqoskopik müayinə aparmaq məqsədəuyğundur. Stridor tənəffüsünün səbəbi kimi retrofaringeal və ya retrotonsiller absesi də xatırlamaq lazımdır.
Stridorun müalicəsi
Stridorun simptomları adətən uşaq doğulandan 6 ay sonra azalır və 2-3 il ərzində tamamilə yox olur.
Bəzi hallarda müalicə oksigen, antibiotiklər, venadaxili maye, aerozol terapiyası, steroidlər, qeyri-invaziv mexaniki ventilyasiya, endotraxeal intubasiya, traxeostomiya və ya cərrahi müdaxiləni əhatə edə bilər. Yuxarı tənəffüs yollarının tıxanmasının yoluxucu səbəbi daha çox laringotraxeobronxitdən qaynaqlanır.
tercume