Traxeit traxeyanın selikli qişasının iltihablı reaksiyası ilə xarakterizə olunan bir xəstəlikdir. Traxeitin iki forması var - kəskin və xroniki. Traxeit çox tez-tez bronxların iltihabı, həmçinin rinit (burun axması), faringit və laringit ilə müşayiət olunur. Uşaqlar traxeiti xüsusilə ağır keçirir.
Kəskin traxeit stafilokok və pnevmokok kimi viral və ya bakterial infeksiyalardan qaynaqlanır. Soyuq, quru və çirkli hava ilə nəfəs aldığınız zaman traxeit ehtimalı artır. Selikli qişada selik yığılması və hətta bəzən selikdə qan görünür, selikli qışa şişir və qızarır. Bakterial mənşəli traxeit uşaqlar üçün çox təhlükəlidir, çünki xəstəlik tənəffüs yollarının tıxanmasına və ölümcül nəticəyə səbəb ola bilər.
Traxeitin simptomları
Yaş və ya quru öskürək, tənəffüs çətinliyi və səsin boğuluması traxeitin simptomlarıdır. Səhər və axşam öskürək daha intensiv olur. Öskürək davamlı olduqda baş ağrısına səbəb ola bilər. Bəzən bədən temperaturu yüksəlir. Müalicə olunmaq üçün xəstəliyin diaqnozu vaxtında qoyulmalıdır. Bu simptomlar həkimə müraciət etmək üçün önəmli səbəblərdəndir.
Əgər xəstə əvvəllər kəskin traxeitdən əziyyət çəkibsə, bu zaman xəstəlik xroniki forma ala bilər. Bu, əksər hallarda siqaret çəkənlərdə olur. Xroniki formada olan traxeit burun və paranazal sinusların xəstəliklərindən sonra da baş verə bilər.
Traxeitin xroniki formasında traxeyanın selikli qişasında hipertrofik və atrofik dəyişikliklər müşahidə olunur. Hipertrofik traxeit selik ifrazının artması ilə xarakterizə olunur. Atrofik simptomlar, öskürək hücumlarıyla birlikdə şiddətli sinə ağrısı xəstəliyinin kəskin formasına bənzəyir.
Traxeitin diaqnozu
Traxeitli xəstəliyinin diaqnozu xəstənin müayinəsinə əsaslanır. Hər dəfə dərin nəfəs aldıqda, ağlayanda, güldükdə, əsasən, səhər və axşam vaxtlarında güclənən quru öskürək traxeitin əsas göstəriciləridir. Bu zaman bədənin temperature yüksəlir və sinədə ağrı hiss olunur.
Həkim ağciyərləri dinləyir. Auskultasiya vasitəsilə müayinədə (fonendoskop adlanan cihazla səsləri dinləmək) ağciyərlərdə xırıltılar eşidilir. Selikli qişaların böyüməsini müşahidə etmək üçün laringoskop cihazıyla qırtlaq və traxeya yoxlanılır. Bəzən həkim döş qəfəsinin rentgenoqrafiyasını tövsiyə edir.
Traxeitin müalicəsi
Traxeit adətən faringit, laringit, qrip və digər oxşar xəstəliklərdən sonra yaranan ağırlaşmadır. Buna görə də, müalicə həmişə əsas xəstəliyin müalicəsi ilə birlikdə aparılır. Həkim zəruri hallarda, xəstəyə antiviral və ya antibakterial dərmanlar təyin edir. Traxeitin müalicəsi üçün əsas vəzifə öskürəyi əsas simptom kimi aradan qaldırmaqdır. Müalicə düzgün təyin olunarsa, 1-2 həftə ərzində sağalma baş verə bilər.
Traxeitin müalicə variantlarına öskürək üçün təyin olunan dərmanlar (kodein, qlaucin, libeksin kimi) daxil ola bilər.
tercume