Traxoma – konyuktivanın xroniki dənəvarı, infeksion xəstəliyidir. Traxoma yunanca trachus sözündən olub nahamar deməkdir. Yoluxucu amili selikli qişanın epitel hüceyrələrində yerləşib, təmas yolu ilə xəstədən sağlam adama keçir. Xəstəlik uzun sürür və ağır fəsadlar verir. Sosial xəstəlik hesab edilir. Ən çox inkişaf etməmiş ölkələrdə yayılmışdır.
Səbəbləri
Traxoma epidemik yayılan antroponotik xəstəlikdir. Onun yayılmasında əhalinin yaşayış şəraiti, sanitar mədəniyyətinin səviyyəsi mühüm rol oynayır. Yoluxucu infeksiya birbaşa və dolayı yolla ötürülür: əllər, paltarlar, ifrazatlar (irin, selik, göz yaşları) gigiyena vasitələri. Traxoma ocaqlarında infeksiyanın əsas mənbələri xəstəliyin aktiv formalarına sahib olan xəstələrdir. Patogenin mexaniki ötürülməsində milçəklərin rolunu istisna etmək olmaz.
Simptomları:
Kəskin traxoma konyuktivit əlamətləri ilə başlayır. Traxomanın başlanğıc dövründə subyektiv əlamətlər olmaya da bilər. Bəzən yüngül ifrazat, göz qapaqlarında ağırlıq hissi, gözdə yad cisim olma hissiyyatı, göz qapaqlarının səhərlər yapışması və s. əlamətlər müşahidə edilir. İltihab prosesi adətən yuxarı göz qapağının konyuktiva qişasından başlanır. Belə ki, yuxarı keçid konyuktivasında şişkinlik, qızartı və iltihab nəzərə çarpır. Qığırdaq konyuktivasında xırda, ağ rəngdə cavan follikullar əmələ gəlir və tədricən daha dərin qatlara keçib, konyuktivanı qalınlaşdırır. Follikullar ən çox gözün yuxarı qapağında olur, tədricən böyüyür və partdayır. Traxomanın 2-ci dövründə infiltrat getdikcə dərinləşir. Tədricən partdayan follikullar yerində kobud çapıqların olmasına traxomanın 3-cü dövründə təsadüf edilir. Bu dövr xəstədə ən uzun və ağır hesab olunur. Traxomanın 4-cü dövründə konyuktiva qişasında olan infiltrat və follikullar sorulur, yerində göz qapağının konyuktiva qişasında traxomatoz çapıqlar müşahidə edilir. Bunlar zərif, kobud, səthi və dərin ola bilər.
Beləliklə traxomanın kliniki gedişində 4 dövr ayırd edilir.
Traxoma xəstəliyinin gedişində göz qapaqlarının daxilə doğru çevrilməsi, kirpiklərin əyri bitməsi, buynuz qişanın prosesə cəlb olunması ilə əlaqədar görmə itiliyinin kəskin dərəcədə aşağı düşməsi və s. fəsadlara təsadüf edilir.
Müalicəsi
Kompleks müalicənin əsasını- aktiv fazadan reqressiv fazaya keçid almaq, çapıqlaşma prosesini ləngitmək, ağırlaşmaların qarşısını almaq (əsasən buynuzlu qişa), yanaşı gedən xəstəlikləri likvidasiya etmək, orqanizmin müdafiə faktorlarını gücləndirmək və desenbilizə etmək məqsədi daşıyır. Son dövrlərdə traxomaların kompleks müalicəsində fizioterapiya metodlardan istifadə edilir. Məqsəd qüvvətləndirici, iltihabəleyhinə, dehidratasiyaedici, eyni zamanda bakteriosid və virusostatik təsir, infiltrasiyanı azaltmaq, dərman maddələrinin keçiriciliyini yüksəltmək, incə çapıqların əmələ gəlməsinə şərait yaratmaq, traxomanın ressidivlərinin qarşısını almaqdan ibarətdir.
Xəstəliyin ilkin mərhələsində yerli və qüvvətləndirici müalicə ilə yanaşı (antibiotik, sulfanilamid, vitaminoterapiya, dehelmintizasiya, allergik vəziyyətin likvidasiyası) elektrafarez, UFŞ, masaj, diatermokoaqulyasiya kimi fizio prosedurlar göstərişdir. Daha yüksək effekt mis (Cu) və ya sink (Zn)-la elektrofarez zamanı əldə etmək olar. Buynuz qişanın zədələnməsi zamanı sinklə diatermo-elektrofarez təyin edilir. Sekret ifrazı zamanı sintomisin və sulfasil-natri ilə elektrofarez daha müvəffəqiyyətli nəticə əldə etməyə imkan verir. Eyni zamanda göz qapaqlarına qaldırılmış vəziyyətdə UFŞ məsləhət görülür.
Konservativ müalicəyə tabe olmayan konyuktivada, keçid büküşlərdə, göz yaşı kisəsində ocaqlı infiltrasiya qalıqları, böyük ölçülü follikullara diatermokoaqulyasiya tətbiq olunması məsləhətdir. Diatermokoaqulyasiyadan 2-3 həftə sonra askorbin turşusu ilə elektrofarez təyin edilir. Elektrofarezin UFŞ ilə birgə təyin edilməsi daha yüksək effekt əldə etməyə kömək göstərir.
https://www.facebook.com/fizioterapiyavereabilitasiya/posts/2286829374725440/
Tercume