Trixiaz, kirpiklərin anormal böyümə xüsusiyyətidir. Bu vəziyyətdə kirpiklərin böyüməsi xaricə və yuxarı deyil, içəriyə və aşağıya doğru uzanır, gözü zədəliyir.
Səbəbləri
Trixiaz anadangəlmə problem ola bilər ya da müxtəlif göz yaralanmaları və ya əməliyyatdan sonra və ya göz qapaqlarının kirpik kənarındaki xəstəliklər nəticəsində baş verir.
Simptomları
İçəriyə doğru uzanan kirpiklər konyunktivanı qıcıqlandırır, onu cızır və gözün selikli qişasının mikro zədələnməsinə səbəb olur. Bunun nəticəsində qanaxma və gözün selikli qişasının infeksiya əmələ gələ bilər.
Müalicəsi
Xəstəliyi yalnız dərmanlarla müalicə etmək olmur. İltihab əleyhinə damlalar və məlhəmlər qıcıqlanmanı və iltihabı aradan qaldırır, lakin bu cür terapiya kirpik tüklərin böyüməsini dayandıra bilməyəcək. Buna görə trixiaz müalicəsinə daha radikal üsullar daxildir:
Anormal kirpiklər maqqaşla xaric edilə bilər. Metodun mənfi cəhəti proseduru bir neçə həftədən sonra təkrarlanmasıdır çünki tüklər təkrar-təkrar böyüyəcəkdir.
Lazer və elektroepilyasiya trixiaz xəstəliyindən təsirlənən kiçik sahəsində tətbiq oluna bilər. Lazer və elektroepilyasiyası saç folekulunu məhv edir və kirpik artıq böyümür.
https://badammedical.az/xidmetler/oftalmologiya/kiprik-potologiyasinda-epilyasiya
tercume