Main

Ürək böyüməsi - Kardiomeqaliya

“Ürək böyüməsi” -tibbde Kardiomeqaliya kimi bilinir. Ürəyin divarlarını qalınlaşması və ya ürək boşluqlarının genişlənməsidir. Gecikmiş hallarda xəstəlik ürək çatısmazlığı ilə nəticələnir. Bəzi hallarda xüsusilə idmançilar və gərgin fiziki işlə məşğul olanlarda, hamilələrdə ürəyin ölçüləri normadan bir qədər yüksək ola bilər. Belə hallarda diqqətli olmali, bu böyümənin bir xəstəlik və ya norma olduğunu araşdırmaq lazımdır.

Adətən “ürək böyüməsi” ayrıca xəstəlik olmayıb, hər hansı ürək xestəliyinin nəticəsidir.

  • Qazanılmış ürək qapaq xəstəlikləri
  • Anadan gəlmə ürək qüsurları
  • Ürəyin koronar xəstəlikləri
  • Yüksək təzyiq
  • Ürək krizi
  • Ürəyin virus ve digər infeksion xəstəlikləri

Risk qrupuna daxildir:

  • Piylenme, metobolik pozğunluq
  • Şəkərli diabet
  • Hipo ve hipertrioidit(“zob”)

Müasir dövrdə “ürək böyüməsinin“ müalicəsində bir çox effektiv nailiyyətlər əldə edilmiş və əlbəttə ki, sevindirici haldır ki, bu xəstələrin həyatının normallasdirılması və ömrün uzadılmasında böyük əhəmiyyət daşıyır. Bunlarla yanaşı xəstələr diqqət etməlidir:

  • Çəkiyə nəzarət (normal göstərici daxilində saxlamaq)
  • Doymamış yağlara üstünlük verilməsi
  • Yüngül idman, təmiz havada yürüş
  • Müalicənin düzgünlüyündən əmin olmaq və xəstəliyin gedişini izləmək üçün davaml müayinə

https://www.facebook.com/539704639764188/posts/urek-boyumesi-tibbde-kardiomeqaliya-kimi-bilinirureyin-divarlarinin-qalinlasmasi/548846845516634/