Main

Uşaqlarda Larinqotraxeit (Yalançı İnaq)

Yalançı inaq - səs tellərinin və telaltı sahənin kəskin şişməsi nəticəsində müvəqqəti olaraq tənəffüsün çətinləşməsidir. Birinci, ikinci və üçüncü dərəcəli yalançı inağı ayırmaq lazımdır.

Yalançı inağın səbəbləri kəskin virus xəstəlikləridir (qızılca, qrip, su çiçəyi, göy öskürək və s.).

Yalançı inağın əmələ gəlməsinə ekssudativ diatez, dar udlağ şərait yaradır.

Məktəbəqədər yaşlı uşaqlarda daha çox rast gəlinir.

İnfeksiya udlağın girişindəki selikli qişanı zədələyir, onun şişməsinə, udlaq əzələsinin spazmasına səbəb olur. Udlaq yolunun tezliklə sıxılması baş verir ki, bu da oksigen çatışmazlığına gətirib çıxarır.

Simptomlar və gedişat

Tutma qəfildən, çox vaxt gecənin ortasında olur. Uşaq narahat olur, qorxudan oyanır, ağlayır, əlləri ilə ağzını tutur, bərkdən, xırıltılı öskürür, çətinliklə nəfəs alır, tənəffüs xırıltılıdır, səs cingiltilidir. Tənəffüs zamanı bütün tənəffüs əzələləri işə düşür, ağız-burun üçbucağı göyərir, dəri avazıyır.

Boğulma tutmaları bir neçə dəqiqədən yarım, bəzən 1-2 saata qədər uzana bilər, gecə ərzində bu bir neçə dəfə təkrarlana bilər. Vaxtında həkim yardımı olmazsa xəctə oksigen çatışmazlığından ölə bilər.

Diaqnoz

Kəskin zökəm, cətin, xırıltılı tənəffüs tutması (çox vaxt gecələr), narahatçılıq, udlağa baxışda səs tellərinin altından selikli qişanın şişməsindən əmələ gələn iki qızarmış diyircək görünür.

Müalicə

Təcili hospitallaşdırılma. İsti içkilər (çay, süd və s.) qələvi inqalyasiya, isti vanna məsləhət görülür.

Vaxtında müalicə etdikdə xəstəlik 2-3 günə başa çatır. Nadir hallarda yalançı inaq uzun müddət çəkə bilər.

https://www.facebook.com/otolarinqoloq/posts/1330514030355199/?paipv=0&eav=Afb1kpXIvS-Y5_umPC-ix1JTtcNdp8u1i8UXV5mt5_udm7O-4BKo3-J2OzSqAEky7-c&_rdr