Uşaqlığın cismi, selikli qişa — endometrium ilə örtülmüş qalın əzələ təbəqəsidir (miometrium). O, xaricdən, onu kiçik çanaqda fiksasiya edən bağları əmələ gətirən, periton səhifəsi ilə örtülmüşdür. Uşaqlıq yaxşı qan təchizatına, limfa damarları və sinir uclarının geniş şəbəkəsinə malikdir.
Hüceyrələrin və şişin xüsusiyyətlərinə görə uşaqlığın şişlərinin aşağıdakı əsas növləri ayırd edilir: xoşxassəli və bədxassəli.
Bütün törəmələr səbəbi məlum olmadan, nəzarətsiz bölünmə qabiliyyəti əldə etmiş, ana hüceyrədən inkişaf edir. Bunun nəticəsində, genetik cəhətdən ana hüceyrə ilə eyni olan və daim bölünən hüceyrə toplantısı formalaşır. Şişlər yeni hüceyrələrin yüksək sürətlə əmələ gəlməsindən başqa, yaşlı hüceyrələrin ölümünün gecikməsi ilə də xarakterizə olunur. Buna görə də şişin həcmi daim artır.
Xoşxassəli şişlər yavaş-yavaş böyüyür, ətraf toxumalara nüfuz etmir, bədəni zəhərləmir və metastaz vermir.
Bədxassəli şişlərin əks xüsusiyyətləri var: sürətli böyümə, ətrafa yayılma və metastaz vermə tendensiyası.
Mənşəyinə görə uşaqlığın aşağıdakı şişləri var:
Hamiləlik zamanı inkişaf edən sislər (xoriokarsinoma) ayrılıqda öyrənilir.
Şişlərin təsnifatı onların xoşxassəli olub-olmamasına əsaslanır.
Uşaqlıq mioması
Uşaqlıq cisminin ən çox rast gəlinən şişi — leyomiomadır. O, selikaltı (submukoz), əzələdaxili (intramural) və subseroz olur. Müalicə taktikasını müəyyən etmək üçün həkimlər klinik təsnifatdan istifadə edirlər:
Uşaqlıq xərçəngi
Xərçəng — uşaqlığın ən çox rast gəlinən bədxassəli şişidir. Yerləşmə yerindən asılı olaraq aşağıdakı növləri ayırd olunur:
Hüceyrə quruluşundan asılı olaraq, bir neçə histoloji tipi ayırd edilir:
Yastıhüceyrəli, vəzli yastıhüceyrəl, selikli, seroz və diferensiasiya etməmiş.
Yüksək, orta və aşağı diferensiasiya dərəcəli xərçəng ayırd edilir. Hüceyrələrin diferensiasiya dərəcəsi aşağı olduqca, xəstəliyin proqnozu daha da pisləşir. Aşağı diferensiasiyalı şişlər daha yüksək yayılma və metastaz vermə qabiliyyətinə malikdirlər, bu vəziyyət G3 (3-cü dərəcə diferensiasiya) kimi işarə edilir.
Xərçəngin mərhələləri TNM sistemi və FIGO təsnifatı ilə müəyyən edilir. Müvafiq hərflərdən sonrakı rəqəm böyük olduqca, xəstəlik daha da ağır hesab olunur.
Bədxassəli mezenximal şiş
Uşaqlığın stromal şişi və ya sarkoma xərçəng kimi epitelial hüceyrələrdən deyil, endometriumun birləşdirici toxuma əsasından – mezenximadan yaranır. Yüksək diferensiasiya dərəcəsində xəstəliyin gedişi nisbətən qənaətbəxşdir. Hüceyrələrin inkişaf dərəcəsi nə qədər aşağı olarsa, törəmə daha tez böyüyür və proqnoz daha da pisləşir.
Şişin əsas simptomu qeyri-spesifikdir — qanlı ifrazatdır. Əgər törəmə böyük ölçüdə olarsa, qonşu orqanlar sıxıla bilər.
Diaqnostikası mioma və uşaqlıq xərçəngi ilə analojidir. Müalicəsinə şüa terapiyası, uşaqlığın və artımların götürülməsi aiddir. Yüksək diferensiasiyalı şişlər hormonlara həssasdır.
Trofoblastik xəstəlik
Hamiləliyin fəsadlaşması nəticəsində yaranan, nadir hallarda rast gəlinən və az öyrənilən xəstəliklərdən biri də — uşaqlığın trofoblastik şişidir (xorionepitelioma və beçəxor). O, plasentanın qalıqlarından inkişaf edir və xorionik qonadotropin istehsal edir.
Xəstəliyin əsas əlaməti — qanaxmadır. O, doğuşdan bir neçə ay sonra da yarana bilər. Diaqnoz, uşaqlıq bioptatının histoloji müayinəsinə əsaslanır. Müalicə məsələsi hələ müzakirə olunur. Xüsusilə, uşaqlığın çıxarılması üçün göstərişlər tam aydın deyil.
Törəmənin əsas xüsusiyyəti onun kimyaterapiyaya yüksək həssaslığıdır. Bu müalicə əksər hallarda tam müalicə üçün kömək edir.
Miomatoz düyünün etiologiyası
Miomanın inkişafının ən çox ehtimal edilən mexanizmi — artıq yetişmiş orqanın hücreyrələrinin iltihabi proseslər, abort və ya cərrahi müdaxilə, hormonal pozğunluqlar zamanı zədələnməsidir.
Hesab edilir ki, uşaqlığın xoşxassəli şişləri genetik strukturu dəyişilmiş miometrium hüceyrələrinin toplanması nəticəsində yaranır. Belə pozğunluqlar çoxsaylı menstrual tsikllər sayəsində mümkündür. Menstruasiya, endometrioz, iltihab və travmanın təsiri altında patoloji hüceyrələr çoxalmağa başlayır. Bu səbəbdən, hamiləlik miomanın inkişaf ehtimalını azaldır.
Başlanğıcda, miomatoz düyün qadın cinsi hormonların təsiri altında böyüyür. Sonralar isə o özü bu maddələrin mənbəyinə çevrilir və onun böyüməsi artıq qadınlarda hormonal fonun tsiklik dəyişmələrindən asılı olmur.
Endometrial xərçəngin inkişaf mexanizmi
Endometriumun xərçəngi hipotalamo-hipofizar sistemin və yumurtalıqların xəstəlikləri səbəbindən hormonal tənzimləmənin dəyişməsi nəticəsində əmələ gəlir. Bu zaman hormonların səviyyəsinin dəyişməsi normadan fərqlənir. Onların təsiri altında, endometrial hüceyrələr tədricən xərçəngönü vəziyyətə keçir – hiperplaziyaya uğrayır.
Sonuncu böyük ehtimalla bədxassəli şişə çevrilə bilər. Hiperplastik proseslərin xərçəngə çevrilmə səbəbi bəlli deyil.
Bədxassəli şişlər aşağıdakı hallarda daha çox yaranır:
Qadınların 70%-də hormondan asılı şişlər yaranır. Onlar aybaşı pozğunluqları, sonsuzluq və digər hormonal dəyişikliklər fonunda inkişaf edir. Belə şişlərin gedişi daha qənaətbəxşdir. Lakin onlar bağırsaqlarda, yumurtalıqlarda və süd vəzilərində çoxlu şişlərin əmələ gəlməsi ilə müşayiət edilə bilər.
Hormondan asılı olmayan şişlər endometriumun atrofiyası fonunda əmələ gəlir və metabolik pozğunluqların olmaması, sürətli böyümə və metastaz verməyə meyllik ilə xarakterizə olunur. Onların gedişi daha az qənaətbəxşdir.
Uşaqlıq xərçənginin səbəbini bir çox alimlər genetik pozğunluqlarla əlaqələndirir.
Xoşxassəli törəmələrin əlamətləri
Xəstələrin əksəriyyətində xoşxassəli şişlərin əlaməti olmur. Digər hallarda, xüsusilə böyük və ya çoxsaylı düyünlərdə, qadınları aşağıdakı əlamətlər narahat edir:
Hamiləlik dövründə uşaqlığın xoşxassəli şişinin (mioma) mümkün fəsadları:
Hamiləlik dövründə adətən kiçik düyünlərin böyüməsi dayanır, böyük düyünlər isə əksinə yekəlir, lakin əvvəlki ölçülərin dörddə birindən çox olmamaq şərtilə. Bəzi xəstələrdə (təxminən 10-12%) törəmənin diametri azalır.
Bədxassəli şişlərin klinikası
Erkən mərhələlərdə uşaqlığın xərçəngi heç bir əlamətlə müşayiət olunmur. Sonralar uşaqlıq qanaxması, vaginal ifrazat və ağrı yaranır.
Qanaxması olan gənc qadınlar tez-tez sonsuzluqdan şikayətlənir. Bu səbəbdən onlar bəzən uzun müddət hipofiz, hipotalamus və ya yumurtalıqların disfunksiyasını müalicə edirlər. Ginekoloq bu xəstələrdə xərçəng ehtimalını nəzərə almalı və vaxtında müayinə üçün onları xəbərdar etməlidir. Əgər qanlı ifrazat klimakterik dövrdə, yəni yaşla əlaqədar menstruasiyanın sona çatmasından sonra başlayırsa, o, endometrial xərçəngin tipik əlaməti ola bilər.
Yaşlı qadınlarda, uşaqlıq cismi xərçənginin başqa bir klassik əlaməti — vaginadan bol sulu ifrazat müşahidə oluna bilər.
Qarında və beldə ağrılar xəstəliyin gec mərhələlərində yaranır. Onlar adətən şişin metastazı və ya qonşu orqanlara yayılması ilə əlaqədardır. Bu zaman şişlərin dağılması səbəbindən ifrazat və qızdırma müşahidə oluna bilər.
Xərçəng metastazları adətən ilkin olaraq çanaq limfa düyünlərində yaranır, qana keçdikdə isə bütün bədənə yayılır. Uzaq metastazlar piylikdə, ağciyərlərdə, sümüklərdə və qaraciyərdə rast gəlinir. Bu zaman aşağıdakı əlamətlər yaranır:
Diaqnostikası
Uşaqlıq törəməsinə şübhə yarandıqda ümumi və ginekoloji müayinə aparılır. Anemiyanın diaqnozu üçün qan analizi təyin edilir. Xərçəng zamanı EÇS (eritrositlərin çökmə sürəti) arta bilər.
Uşaqlığın xoşxassəli şişlərinin diaqnozu ilk növbədə ultrasəs müayinəsinə (USM) əsaslanır. Bundan əlavə şiçlərin tipini öyrənmək məqsədilə hidrosonoqrafiya, doppleroqrafiya, angioqrafiya, histeroskopiya və digər müayinələr də təyin olunur.
Xoşxassəli törəmələrin müalicəsi
Xalq təbabəti, fizioterapiya, müalicəvi gimnastika və digər buna bənzər üsullar daxil olmaqla qeyri-dərman vasitələri uşaqlıq şişlərinə təsir göstərmir.
Diametri 3 sm-dən az olan uşaqlığın fibroz şişi (fibromioma) dərman müalicəsi tələb edir. Bunun üçün qonadotropin-rilizinq hormonun aqonistlərinin depolaşan formaları istifadə olunur. Bu dərmanlar 28 gündə 1 dəfə, cəmi 6 dəfə yeridilir. Eyni zamanda, həftədə iki dəfə Mifepriston təyin olunur. Belə müalicə 3 ayda 1 dəfə ultrasəs müayinəsi nəzarəti altında həyata keçirilir.
Müalicə kursu bitdikdən sonra, perimenopauzada olan qadınlarda adətən menstruasiya artıq bərpa olunmur. Əgər gənc qadın müalicə alırsa, terapiya bitdikdən sonra, menstruasiyanı bərpa etmək üçün oral kontraseptivlər təyin olunur. Eyni məqsəd üçün hormon ifraz edən uşaqlıqdaxili spiral – Mirena istifadə oluna bilər.
Xoşxassəli uşaqlıq şişi aşağıdakı əməliyyatlarla müalicə olunur.
Histerektomiya
Ən radikal üsuldur. Əməliyyat zamanı uşaqlıq kiçik laparoskopik dəliklərdən və ya qarın divarındakı (laparotomiya) kəsikdən çıxarılır.
Uşaqlığı çıxarılmış cavan qadınların təxminən yarısında, sonralar hormonal disbalans inkişaf edir. Bu, orqanlarda qan axınının pisləşməsi və yumurtalıq-uşaqlıq əlaqəsinin pozulması ilə əlaqədardır. Posthisterektomik sindrom əvəzedici hormonal müalicə tələb edir.
Miomektomiya
Konservativ miomektomiya əməliyyatı orqanı saxlamağa kömək edir. Selikaltı düyünlərin çıxarılması, elektrik və ya lazer avadanlığından istifadə edərək, servikal kanaldan alətlərin yeridilməsi yolu ilə aparılır.
Uşaqlıq arteriyalarının embolizasiyası (UAE)
Əgər konservativ miomektomiya aparmaq mümkün deyilsə və buna baxmayaraq qadın orqanı saxlamaq istəyirsə, onda uşaqlıq arteriyalarının embolizasiyası aparılır. Bu müdaxilə uşaqlığın ölçüsünü azaldır və menstrual tsikli normallaşdırır. Bir ildən sonra uşaqlıq və miomatoz düyünlərin ölçüsü 3 dəfə kiçilir, aybaşı zamanı isə qan itkisi 4 dəfə azalır.
Müasir dövrdə şış ocağını xaric etmək üçün digər üsullardan da istifadə edilir, məsələn, yüksək tezlikli ultrasəslə yandırılma (ablyasiya) və kriodestruksiya.
Xərçəng şişlərinin müalicəsi
Uşaqlığın bədxassəli şişlərinin müalicəsi cərrahi, kimyaterapiya və radioterapiyanın müxtəlif kombinasiyaları ilə aparılır. Xəstəlik nə qədər aqressivdirsə, daha çox müalicə komponentlərindən istifadə edilməlidir.
Endometrium xərçəngində uşaqlıq, artımlar və çanaq limfa düyünləri çıxarılır. Yanaşı gedən xəstəliklər səbəbindən belə müdaxilə mümkün olmazsa, şiş ocağı uşaqlığın içərisindən endoskopik üsulla (endometriumun ablyasiyası) çıxarılır. Orqan qoruyucu müalicə, yalnız bu sahədə ixtisaslaşmış onkoloji klinikalarda aparılmalıdır.
Uşaqlıq xərçəngi şüa terapiyasına kifayət qədər yaxşı tabe olur. Digər üsullarla birgə, şüalanma şişlərin istənilən mərhələsində aparıla bilər.
Kimyaterapiya yalnız əməliyyat və/və ya radioterapiya ilə birlikdə təyin edilir. Eyni zamanda hormonal terapiya da tətbiq edilə bilər.
Proqnoz və profilaktikası
Xoşxassəli şişlər, məsələn mioma, həyat üçün təhlükəli deyil. Ancaq onların fəsadları (qanaxma, anemiya, ətraf orqanların sıxılması) həyat keyfiyyətini xeyli azaldır. Mioma, sonsuzluğa və qarında daimi ağrıya səbəb ola bilər.
Endometrial xərçəng gənc qadınlarda, yaşı 70-dən yaşdan yuxarı pasientlərə nisbətən yaxşı müalicə olunur. 50 yaşa qədər, xərçəng hüceyrələri hormonlara həssasdır, bu hormonal terapiyanın şansını artırır. Əgər şiş hormonal dərmanlara cavab vermirsə, həyat üçün proqnoz daha pisdir.
Yumurtalıq və uşaqlıq şışlərinin müalicəsindən sonra, hamiləlik və sağlam uşaq doğulması mümkündür.