Uşaqlıq boynunun ektopiyası — normada yastı epitellə örtülü olan uşaqlıq boynunun vaginal hissəsində servikal kanalı daxildən bürüyən silindrik (kubşəkilli) epitelin atipik yerləşməsidir. Uşaqlıq boynunun ektopiyası heç bir klinik əlamətlə müşayiət olunmur; ağırlaşmalar baş verdikdə ifrazatlar, təmas qanaxmaları, cinsiyyət orqanları nahiyəsində qaşınma, dispareuniya müşahidə edilir. Uşaqlıq boynunun ektopiyası ginekoloji baxış zamanı aşkarlanır; diaqnoz genişlənmiş kolposkopiya, sıyrıntının sitoloji müayinəsinin köməyilə təsdiqlənir, ehtiyac olduqda biopsiya aparılır. Ağırlaşmamış ektopiya müalicə tələb etmir; fəsadlar qeydə alındıqda etiotrop müalicə, dəyişilmiş ocaqların destruksiyası icra olunur.
Uşaqlıq boynunun ektopiyası barədə ümumi məlumat
Ginekologiyada uşaqlıq boynunun digər sinonimlərindən: psevdoeroziya, yalançı eroziya, endoservikoz, vəzili-əzələ hiperplaziyasından istifadə olunur. Uşaqlıq boynunun vaginal hissəsi xaricdən çoxqatlı yastı epitel, daxildən isə silindrik epitellə örtülüdür. Uşaqlıq boynunun ektopiyası zamanı bu sərhəd xarici əsnək nahiyəsinə doğru yerini dəyişərək, tam və ya hissəvi xarakter daşıyır.
Psevdoeroziya 40% qadınlarda rast gəlinir; 11,3% pasiyentlərdə anadangəlmə olur. Onun maksimal rast gəlmə tezliyi (40-50%) 30 yaşdan kiçik qadınlarda müşahidə edilir. Ektopiya uşaqlıq boynu xərçənginə çevrilmir, lakin onun fonunda bədxassəli prosesin yaranma riski artır.
Uşaqlıq boynunun ektopiyasının səbəbləri
Pubertat və erkən reproduktiv dövrdə uşaqlıq boynunun ektopiyası nisbi estrogeniya, hamiləlik dövründə isə yumurtalıqların hormonal funksiyasının pozulması nəticəsində baş verən fizioloji vəziyyət kimi qiymətləndirilir. Uşaqlıq boynunun ektopiyasının inkişafını izah edən müxtəlif nəzəriyyələr bu prosesi dishormonal, iltihabi, immunoloji, travmatik amillərlə əlaqələndirirlər.
İltihab nəzəriyyəsinin tərəfdaşları hesab edir ki, ektopiyanın yaranmasına streptokokk, bağırsaq çöpü, CYKİ (mikoplazmoz, qardnerellyoz, ureaplazmoz, xlamidioz, papilloma virus infeksiyası) törədiciləri tərəfindən törədilən residivləşən vaginit və endoservisitlər səbəb olur. Patoloji ifrazatlar uşaqlıq boynunun vaginal hissəsinə təsir edərək, yastı epitelin deskvamasiyasına, onun yerində həqiqi
Eroziyanın formalaşmasına gətirib çıxarır. 1-2 həftə ərzində endoserviksin epiteli eroziyanın səthinə yayılaraq, onu örtür, nəticədə ektopiya sahəsi əmələ gəlir.
Uşaqlıq boynunun infeksiyalaşmasında doğuş travmaları, tibbi abortların yerinə yetirilməsi, baryer kontrasepsiya və spermisid vasitələrin istifadəsi zamanı uşaqlıq boynunun zədələnməsi mühüm rol oynayır. Hormonal konsepsiya uşaqlıq boynunun ektopiyasının inkişafını yumurtalıqların disfunksiyası ilə əlaqələndirir. Psevdoeroziyanın çox vaxt endometrioz, fibroma, yumurtalıqların stromasının hiperplaziyası, aybaşı siklinin pozğunluqları, erkən menarxe və hiperestrogeniyanın səbəb olduğu digər vəziyyətlərlə müştərəkliyi qeydə alınmışdır.
İmmunoloji nəzəriyyənin tərəfdaşları aparıcı etioloji kimi ümumi müdafiə funksiyalarının zəifləməsini irəli sürürlər. Uşaqlıq boynunun qazanılmış ektopiyasının risk amillərinə erkən cinsi həyat, cinsi partnyorların tez-tez dəyişdirilməsi, xroniki ekstragenital patologiyanın (şəkərli diabet və s.) olması, çoxsaylı doğuşlar, siqaretdən istifadə aiddir.
Uşaqlıq boynunun ektopiyasının əlamətləri
Uşaqlıq boynunun ağırlaşmamış ektopiyası heç bir əlamətlə təzahür etmir, adətən profilaktik ginekoloji baxış zamanı təsadüfən aşkarlanır. 80% hallarda uşaqlıq boynunun ektopiyasının ağırlaşmış formaları iltihab və ya xərçəngönü dəyişikliklərlə (uşaqlıq boynunun displaziyası, leykoplakiyası, polipləri) müşayiət olunur. Endoservisit və ya kolpit zamanı ifrazatlar, qaşınma, dispareuniya, təmas qanaxmaları izlənilir. Uşaqlıq boynunun ektopiyasına gətirib çıxaran birincili amillər aybaşı siklinin pozğunluqları və ya dispareuniya, təmas qanaxmaları izlənilir. Uşaqlıq boynunun ektopiyasına gətirib çıxaran birincili amillər aybaşı siklinin pozğunluqları və ya sonsuzluğa səbəb ola bilər.
Uşaqlıq boynunun ektopiyasının diaqnostikası
Uşaqlıq boynunun anadangəlmə ektopiyası ilkin ginekoloji müayinə zamanı aşkarlanır. Qazanılmış psevdoeroziyanın diaqnostikasında onun uşaqlıq boynunun əvvəllər dəyişilməmiş səthində yaranması nəzərə alınır. Ginekoloji kresloda baxış zamanı xarici əsnək nahiyəsində qeyri-düzgün sərhədli al-qırmızı ocaq görünür. Alətlə psevdoeroziya sahəsinə toxunduqda asanlıqla qanaxma baş verir.
Uşaqlıq boynunun ektopiyası aşkar edildikdə genişlənmiş kolposkopiyanın aparılması göstəriş sayılır. Müayinə prosesində silindrik epitel və transformasiya zonalarından ibarət atipiya sahəsi qeydə alınır. 40% hallarda Şiller sınağının aparılması zamanı anomal kolposkopik şəkil: leykoplakiya, mozaika, punktasiya, yodoneqativ sahələr müəyyən edilir. Bu əlamətlərin izlənilməsi pasiyentin daha geniş müayinəsini tələb edir.
Diaqnostika prosesində uşaqlıq boynundan götürülən yaxmanın mikroskopiya, bakterioloji əkilmə, PZR-diaqnostikası icra olunur. Uşaqlıq boynunun ektopiyası zamanı sıyrıntının sitoloji analizi mühüm əhəmiyyət kəsb edir, bu üsul yastı və silindrik epitel hüceyrələrini, iltihab əlamətlərini təyin etməyə imkan verir. Anomal kolposkopik və sitoloji şəkil aşkarlandıqda uşaqlıq boynunun biopsiyası və ya diaqnostik qaşıma, histoloji müayinə aparılmalıdır.
Yumurtalqıların fəaliyyətini qiymətləndirmək üçün funksional testlər yerinə yetirilir, hormonal status təhlil edilir. Hormonal dəyişikliklər zamanı pasiyent ginekoloq-endokrinoloqun konsultasiyasına yönəldilir. Ektopiya uşaqlıq boynunun həqiqi eroziyası və xərçəngi ilə differensiasiya edilir.
Uşaqlıq boynunun ektopiyasının müalicəsi
Uşaqlıq boynunun ağırlaşmamış anadangəlmə ektopiyası zamanı heç bir müalicəvi tədbirlər aparılmir; psevdoeroziyanın inkişafında kənaraçıxmaları vaxtında müəyyən etmək üçün pasiyent dinamik müşahidə altına alınır. Uşaqlıq boynunun ağırlaşmış formalarının müalicəsində mövcud dəyişikliklər nəzərə alınır: etiotrop virus və iltihabəleyhinə terapiya, kontrasepsiya üsulu təyin olunur, immun və hormonal dəyişikliklər korreksiyası aparılır.
İnfeksion proses aradan qaldırıldıqdan sonra uşaqlıq boynunun ektopiya ocaqlarının kriogen təsirlər, radiocərrahi, lazer koaqulyasiya, diatermokoaqulyasiya, kimyəvi koaqulyasiya üsulları ilə destruksiyası həyata keçirilir. Naboti kistaları aşkar edildikdə uşaqlıq boynu kistaları kəsilir. Uşaqlıq boynunun leykoplagiyası, displaziyası, polipləri, endometrioz zamanı müvafiq müalicə tətbiq edilir.
Uşaqlıq boynunun ektopiyasının proqnoz və profilaktikası
Uşaqlıq boynunun ektopiyasının inkişafının qarşısını almaq üçün profilaktik tibbi baxışlar, immun və hormonal homeostazın pozulmalarının korreksiyası, cinsi infeksiyalar və iltihabın vaxtında müalicəsi, ginekoloji müayinələrin ehtiyatla aparılması tələb olunur.
Psevdoeroziyanın aşkarlanması zamanı patoloji xərçəngönü proseslərin inkişafını inkar etmək üçün müntəzəm kolpositoloji nəzarət aparılmalıdır. Uşaqlıq boynunun ektopiyasının proqnozu qənaətbəxşdir.
https://med-portal.az/qadin-xestelikleri/usaqliq-boynunun-ektopiyasi/