Tibb ədəbiyyatında angiit və ya arterit kimi də tanınan vaskulit qan damarlarının divarlarının iltihabı nəticəsində yaranan xəstəlikdir. İnsanın immun sistemi heç bir səbəb olmadan bədəndəki qan damarlarına hücum etdikdə baş verir. Vaskulit infeksiya, dərman və ya başqa bir xəstəlik səbəbindən baş verə bilər. Bu, damarda daralmalara, tıxanmalara, anevrizmalara, orqan yetməzliyinə gətirib çıxardır. Vaskulit, səbəbi bilinməyən yorğunluq, iştahsızlıq, dəridə səbəbi bilinməyən ləkə və yaralar kimi özünü göstərən damar xəstəliyidir. Bu xəstəlik, yüngül başlayıb, həyati təhlükəsi olan orqanlarda geridönüşü olmayan xəsarətlər törədir. Yaranmasına bir neçə səbəb göstərmək olar, lakin dəqiq səbəbi naməlum olaraq qalır.
Vaskulitin Səbəbləri
Vaskulitlər immun sisteminin səhvən qan damarlarına hücumu nəticəsində inkişaf etdiyi üçün otoimmün xəstəliklər hesab olunur. Vaskulitin bəzi növləri bakterial, viral və ya göbələk infeksiyaları nəticəsində yarana bilər, digər növ vaskulitlər isə müəyyən dərmanlara və ya toksinlərə allergik reaksiya olaraq meydana gələ bilər. Mütəxəssislər vaskulitlərin əmələ gəlməsində genetik və ətraf mühit faktorlarının da rol oynadığını bildiriblər. Bununla belə, elmi araşdırmalar vaskulitin tam olaraq nəyə səbəb olduğuna dair hərtərəfli bir nəticəyə gəlməmişdir.
Vaskulit kimlərdə meydana gəlir?
Vaskulit hər cinsdə və hər yaşda görülə bilər. Vaskulitin bəzi növləri yalnız uşaqlarda, bəzi növləri isə yalnız 50 yaşdan yuxarı xəstələrdə müydana gəlir. Bununla belə, bəzi amillər vaskülitin yaranması üçün uyğun bir mühit təmin edə bilər:
Vaskulitin növləri
Vaskulitin 20-ə yaxın növü var; Hər növdən təsirlənən orqan fərqli olduğu üçün onun simptomları və müalicə üsulları da fərqlidir. Vaskulitin ən çox yayılmış növləri aşağıda verilmişdir:
Vaskulitin Əlamətləri
Vaskulitin bir çox növü olduğu üçün bədənin xəstəliyə qarşı göstərdiyi simptomlar vaskulitin növündən asılı olaraq dəyişir. Bu simptomlar tez-tez zəif qan dövranı ilə əlaqələndirilir. Xəstə insanda tez-tez aşağıdakı simptomlar görünür:
Yuxarıda göstərilən simptomlardan başqa, hər bir vaskulit üçün fərqli simptomlar meydana gələ bilər. Bu simptomlar xəstəliyin erkən və ya sonrakı mərhələlərində baş verə bilər:
Behçet xəstəliyi: Bu tip vaskulit damar və damarların iltihabına səbəb olur. Simptomlara ağızda və cinsiyyət orqanlarında xoralar, göz iltihabı və sızanaq kimi dəri lezyonları daxildir.
Buerger xəstəliyi: Bu tip vaskulit əllərdə və ayaqlarda olan damarlarda iltihaba və laxtalanmaya səbəb olur. Bundan əlavə, ağrı və ülserlərə səbəb olur. Nadir hallarda, beyin və ürəyin qan damarlarına təsir göstərə bilər.
Churg-Strauss Sindromu: Bu sindrom çox nadirdir. Ağciyərlərə, dəriyə, böyrəklərə, ürəyə və əzalardakı sinirlərə təsir göstərir. Xəstəliyin simptomları çox fərqlidir. Astma, dəri dəyişiklikləri, ağrı və burun allergiyası əsas simptomlardandır.
Krioqlobulinemiya: Bu tip vaskulit qanda anormal zülalların olması səbəbindən baş verir. Simptomlara səpgi, oynaq ağrısı, zəiflik, uyuşma və ya karıncalanma daxildir.
Qiqant Hüceyrəli Arterit: Bu vəziyyət xüsusilə gicgahlarda damarların iltihabı nəticəsində meydana gəlir. Qiqant hüceyrəli arterit baş ağrısına, baş dərisinin həssaslığına, çənə ağrısına, bulanıq və ya ikiqat görməyə səbəb olur; ağrlaşmış hallarda korluğa səbəb ola bilər.
Henoch-Schonlein Purpura: Bu xəstəliyə uşaqlarda böyüklərdən daha çox rast gəlinir. Dəridə, oynaqlarda, bağırsaqlarda və böyrəklərdə kapilyarların iltihabına səbəb olur. Simptomlara qarın ağrısı, sidikdə qan, oynaqlarda ağrı, omba və ya ayaqların altında səpgi daxil ola bilər.
Kawasaki xəstəliyi: Bu tip vaskulit daha çox 5 yaşdan kiçik uşaqlarda müşahidə olunur. Simptomlar qızdırma, dəri döküntüsü və qan çəkmiş gözlər kimi sıralana bilər.
Takayasu arteriti: Bu tip vaskulit aorta da daxil olmaqla bədəndəki daha böyük arteriyaları təsir edir. Simptomlara oynaq ağrıları, yüksək qan təzyiqi, gecə tərləmələri, qızdırma, ümumi nasazlıq, iştahsızlıq, baş ağrıları və görmə problemləri daxildir.
Wegener xəstəliyi: Bu xəstəlik burunda, sinuslarda, boğazda, ağciyərlərdə və böyrəklərdə qan damarlarının iltihabına səbəb olur. Simptomlara burunda tıxanmalar, sinus infeksiyaları, burun qanamaları və qanlı öskürək daxildir.
Vaskulitin Diaqnostikası
Diaqnostik proses xəstənin şikayətləri əsasında fiziki müayinədən başlayır. Sonra xəstədən bəzi testlər tələb oluna bilər:
Vaskulitin Müalicəsi
Vaskulitin müalicəsi dərmanların köməyi ilə yaranan iltihabı nəzarət altında saxlamağa və vaskulitə səbəb olan xəstəliyin müalicəsinə yönəldilmişdir. Vaskulitin müalicəsinin iki mərhələsi var. Müalicə ilk növbədə, iltihabı dayandırmaq məqsədi daşıyır və sonradan təkrarlanan iltihabların qarşısı alınır. Hər iki mərhələdə dərman müalicəsi tələb olunur. Həkim vaskulitin növündən, şiddətindən və iltihablı bölgədən asılı olaraq hansı dərmanları təyin edir. Bundan əlavə vaskulitin növündən və dəyən zərərdən asılı olaraq əməliyyat və ya orqan transplantasiyası tələb oluna bilər. Effektiv müalicə olsa belə vaskulit təkrarlana bilər. Xəstəliyin təkrarlanmasının qarşısını almaq üçün tez-tez həkim müayinəsində olmaq və mütəmadi müşahidələr çox vacibdir.
Vaskulitin Fəsadları
Vaskulitlər ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə vaskulitin diaqnozu və müalicəsi gecikirsə, həyat üçün təhlükəli vəziyyətlər ortaya çıxar. Vaskulitlər növündən asılı olaraq bir çox ağırlaşmalara səbəb ola bilər:
https://www.medicana.com.tr/saglik-rehberi-detay/12282/vaskulit
saytindan tercume