Main

Xerostomiya (ağız quruluğu)

Tibbdə xerostomiya olaraq bilinən ağız quruluğu tüpürcəyin dərman, xəstəlik və ya müalicə ilə əlaqədar olaraq anormal şəkildə azalmasıdır. Tüpürcək azlığı ilə əlaqədar olan ağız quruluğu ciddi bir problemin xəbərçisi ola bilər. Azalan tüpürcək udqunmağı çətinləşdirir. Dad bilmə qabiliyyətini də azaldır və dişlərin çürüməsinə səbəb olur.
Bir çox mədə-bağırsaq sistemi xəstəlikləri zamanı ağızda quruluq hiss olunur. Bu xəstəliklər arasında: öd yolları və öd daşı xəstəlikləri, duodenit, pankreatit, qastrit, disbakterioz, qıcıqlanmış bağırsaq sindromu və s. vardır.

Ağızda quruluq digər simptomlarla da müşayiət olunur: susuzluq, tezləşmiş sidik ifrazı, udmanın çətinləşməsi, ağızdan pis qoxu, boğazda ağrılar, səsin tutulması və s.

  • Susuzluq: Bədənin ehtiyacı olan suyun miqdarı ödənmədikdə ağız quruluğuna səbəb olur. Bu səbəbdən də, gündəlik su ehtiyacı ödənməlidir.
  • Stress: Sinir sistemi ilə bilavasitə əlaqəli olan tüpürcəyin yaranması, təşviş və təlaş kimi hallarda ortadan yox olur. Nəticədə ağız quruluğu meydana çıxır.
  • Yanlış nəfəs alıb vermək: Əgər burundan nəfəs alıb vermək əvəzinə ağız yolunu istifadə edirsinizsə, xüsusilə gecələri olduqca intensiv şəkildə ağız quruluğuna səbəb olur.
  • Siqaret çəkmək: Siqaret istifadə edən şəxslərdən tez-tez ağız quruluğu ilə bağlı şikayətlər eşidilir.
  • Əməliyyat: Əməliyyatdan yenicə çıxmış xəstə bir müddət ağızda quruluq hiss edir.
  • Bəzi xəstəliklər: Alzheimer, diabet və qanazlığı kimi xəstəliklər ağız quruluğuna səbəb olur.

Müalicəsi

  • Ağız quruluğuna səbəb olan atdığınız dərmanlardırsa, həkimlə məsləhətləşin.
  • Gündəlik olaraq ağzınızı qarqara edə bilərsiz. Bu da kömək olmasa, tüpürcək ifrazını artıran dərmanlardan istifadə edin.
  • Şəkərsiz saqqız çeynəyin.
  • Çoxlu su için.
  • Floridli diş pastalarından istifadə edin.
  • Mümkün olduqca burundan nəfəs alın.
  • Otaq nəmləndiricisi istifadə edin.
  • Tüpürcək solusionları istifadə edin.

Ağız quruluğuna qarşı bir çox müalicə üsulu var. Lakin öncə ağız quruluğunun səbəblərini araşdıraraq ona uyğun müalicə üsulu seçmək lazımdır.

https://www.facebook.com/dr.ulvimachanov/photos/tibbd%C9%99-xerostomiya-olaraq-bilin%C9%99n-a%C4%9F%C4%B1z-qurulu%C4%9Fu-t%C3%BCp%C3%BCrc%C9%99yin-d%C9%99rman-x%C9%99st%C9%99lik-v%C9%99-ya/2295128747415520/