Xronik leykozlar miyeloprolivativ və limfoprolivativ olmaqla 2 yerə bölünür. Xroniki miyeloplolivativ xəstliklərə aşağıdakılar aiddir:
Leykozun bütün növləri üçün polipotent kötük hüceyrələri səviyyəsində deffektin olması xarakterik əlamət sayılır. Bu deffekt daha sonralar sinif kötük hüceyrələri tərəfindən produksiya olunur. Bu hüceyrələr miyeloid qanyaranmanın 3 istiqamətinə təsir edir. Bu istiqamətlər eritositar, qranulositar və meqakarriositar hüceyrələrdir. Miyeloir poliferasiya bu xəstəliyin mahiyyətini təşkil edən əsas əlamətdir ki, bu zaman qanyaranmanın bir neçə hüceyrə tipində patologiya baş verir.
Xəstə hüceyrələrin patoloji surətdə çoxalması sələf hüceyrələrinin mutasiyası sayılır.
Xəstəlik bir-neçə mərhələdən ibarət olub, şiş toxumasının proqressivləşməsi ilə özünü göstərir. Xroniki leykozlara ən çox 30-70 yaş arası adamlarda rast gəlinir. Xəstəlik özünü aşağıdakı klinik əlamətlərlə biruzə verir:
Xəstənin sümük iliyində və qanında şiş hüceyrələrinin aqressivləşməsi ilə əlaqədar olaraq xəstədə klinik əlamətlər çoxalır və vaxtında, düzgün müalicə olunmadıqda daha da ağırlaşır.
Xəstəlik ilkin mərhələlərdə aşkarlanarsa və düzgün istiqamətdə müalicə olunarsa, xəstənin ömrünü 7-8 il uzatmaq mümkün olur.