Yanıqlar dərəcəsindən asılı olaraq gündəlik həyatda çox insanın ömründə heç olmasa bir dəfə rast gəldiyi travmadır. Bu zaman dəri və toxumaların həddən artıq qızması nəticəsində toxumalar zədələnir.
Yanıq nədir, dəriyə necə təsir edir?
Yanıq – orqanizmin dəri və toxumalarının qaynar maye və ya qaynar əşyalarla, elektrik cihazlarla, isti buxar, kimyəvi maddələrlə təmas və həmçinin digər səbəblər nəticəsində zədlələnməsidir.
İnsan dərisinin istiyə dözümlülük həddi 50 dərəcəyə yaxındır. 52 dərəcədən yuxarı zamanı zülalların koaqulyasiyası geridönməz vəziyyətə düşür. 52 dərəcə temperatur 3 dəqiqə ərzində dəridə nekroz əmələ gətirir. Leykosit və osteoblastlar 44-46 dərəcədə ölür. 42 dərəcədə termiki istilik 6 saat dəriyə təsir etsə dəri nekrozlaşır. Əgər dəri və toxumalar 58 dərəcədən aşağı istilikdə qızarsa yaş, 65 dərəcədən yuxarı istiliyə məruz qalarsa quru nekroz baş verir.
Yanıqların növləri:
Yanıqların ən çox rast gələn növü termiki yanıqlardır. Yüksək hərarətin (alov,isti buxar, qaynar su və digər mayelər, qızmış müxtəlif əşyalar və s.) bilavasitə insan bədəninə təsiri nəticəsində termiki yanıq əmələ gəlir.
Yanıqların dərəcələri:
Zədələnmənin dərinliyə nüfuz etməsinə görə, yanıqların 4 dərəcəsi ayırd edilir.
Yanıq xəstəliyi
Yanığın sahəsi böyüklərdə səthi yanıqlarda 20%-i, dərin yanıqlarda isə 10-15%, uşaqlarda isə 5-10%-i keçdikdə termiki xəsarət almış xəstələrdə yanıq xəstəliyi inkişaf edir. Uşaqlarda və ahıllarda 5% dərin yanıq ölümə səbəb ola bilər.
Yanıq xəstəliyinin 4 növü var:
Yanıqların diaqnostikası, müayinəsi
Dərinin yüngül I dərəcəli yanığı zamanı klinikanın terapevtinə müraciət etmək olar. Zədələnmə II dərəcəlidirsə, cərrah və ya təcili yardım həkimi kömək edə bilər.
Kombustioloqlar-III və IV dərəcəli yanıqların müalicəsində iştirak edən həkimlərdir. Onlara “ağır” xəsarət almış, yanıq xəstəliyi və digər ağırlaşmaları olan xəstələr müraciət edirlər. Poliklinikada kombustioloq tapmaq çox çətindir, bir qayda olaraq, bu profilli həkimlər böyük və ya ixtisaslaşdırılmış tibb müəssisələrində işləyirlər.
Yanıqlar zamanı ilk tibbi yardım
Hadisə yerində ilk tibbi yardım travmatik agentin fəaliyyətinin dayandırılmasını, yanıq səthinin infeksiyasının, şokun qarşısının alınmasını və zərərçəkənin tibb müəssisəsinə təxliyyə edilməsini təmin etməlidir. Yüksək temperaturun təsirini dayandırdıqdan sonra (oddan çıxarmaq, isti əşyaları çıxarmaq və s.) geyimlər bədənin yanmadan təsirlənmiş bölgələrindən çıxarılır və ya daha az travmatik olsun deyə kəsilir və yanıqlara aseptik sarğı qoyulur, ağrıkəsicilər verilir. Bundan sonra zərərçəkən dərhal tibb müəssisəsinə göndərilir.
Xəstəxanada şoku aradan qaldırmaq üçün təcili tədbirlər görüldükdən sonra anti-tetanus serum verilir və yanıq səthinin ilkin müalicəsi aparılır.
Yanıqların müalicəsi
Müalicədə 3 əsas məqsəd olmalıdır:
I dərəcəli yanıqlar üçün maz və dərmanlardan istifadə edərək ev şəraitində aparmaq olar.
II dərəcəli yanıqların müalicəsində, suluqlar əmələ gələn zaman, aşağıdakı metodlardan istifadə olunur:
Açıq; Açıq üsulla, təmiz havanın daimi axını səbəbiylə yanan dəri təbii şəkildə quruyur və asanlıqla sağalır. Bu metodun mənfi cəhəti- infeksiya riski daha yüksəkdir.
Qapalı; Qapalı üsülla, yanıq yerinə, məsələn, suluqların müalicəsində, nəmi çəkən steril sarğıları sağaldıcı vasitə ilə istifadə edilir. Onlar yaralardan ayrılan mayeni özünə çəkir, ikinci dərəcəli xəsarət və infeksiyalardan qoruyurlar. Sarğını mütəmadi olaraq dəyişdirmək lazımdır. Bədənin hərəkətli hissəsindəki və ya paltarla təmasda olan dəri zədələnirsə, yanıqları müalicə etmək üçün qapalı üsul tez-tez istifadə olunur. Qapalı üsülun mənfi cəhəti-mümkün ağrılı keçən sarğı prosesi və nisbətən böyük bir material istehlakı.
Qarışıq; Açıq və qapalı üsülları eyni vaxtda, müalicə müddəti ərzində ardıcılıqla istifadə etmək olar. Xəsarət alan istirahət edə biləcəyi zaman açıq üsul seçilir və yanıq yarası mexaniki təsirə məruz qalmayacaq. Sarğı isə yaranı infeksiya və həddindən artıq qıcıqlanmadan qoruyacaq, məsələn, insanın aktiv şəkildə hərəkət etməsi lazımdırsa.
Yanıq zamanı fəsad olaraq ortaya çıxa biləcək iltihabı müalicə etmək üçün bəzən antibakterial dərmanlar və yanmış dəri sahəsinə əlavə müalicə təyin olunur.
Əməliyyat və plastik cərrahiyyə
Həkim tərəfindən və klinik şəraitdə ölü toxumalar cərrahi təmizlənməli, dəri defektı olan sahələrə dəri köçürülməlidir. Sağalma 2-3 həftə içərisində tamamlanır.
Yanıq xəstələrinin çoxunda bir neçə əməliyyat ehtiyacı ola bilər. Bəzən yanmış əllərdə aylar və illər keçdikcə kontrakturlarin inkişafı və bu kontraktürlerin ləğvı üçün əməliyyatlar icra oluna bilər.
Üzdə yanıq izlərinin cərrahi əməliyyatla estetik bərpası ancaq dəri köçürülməsi ilə mümkündür. Bu da çox ağrılı, bahalı və çətin prosesdir.
tercume