Yevstax borusu 3,5 sm uzunluğunda olan, yarısı sümük, yarısı isə qığırdaq olan kiçik kanaldır. Bu kanal orta qulaq boşluğu ilə burnun arxasını (burun boşluğu) birləşdirir. Onun funksiyası orta qulaqdakı təzyiqi tarazlaşdırmaq, orta qulaqda yığılan ifrazatların burun boşluğuna atılmasını təmin etmək, ifrazatların və infeksiyaların burun tərəfdən orta qulağa keçməsinin qarşısını almaqdır. O, içəridən hava göndərərək və ya boşaldaraq qulaq pərdəsinə atmosfer təzyiqini avtomatik olaraq tarazlaşdırır. Təzyiq balanslaşdırıla bilmədikdə, orta qulaqda dolğunluq və tıxanıqlıq meydana gəlir. Bu vəziyyət davam edərsə və mənfi təzyiq daha da artarsa, orta qulaqda maye yığılmağa başlayır və buna xroniki otitis media deyilir.
Yevstax borusu disfunksiyası 2 yerə bölünür;
Yevstax borusunun stenozuna (qapalı) görə yaranan funksiya pozğunluğu (Katar Tuba)
Yevstax borusunun stenozu və ya bağlanmasının səbəbləri;
Müalicəsi
Yevstax borusu stenozuna görə yaranan disfunksiya zamanı medikamoz, yevstax borusu məşqləri müalicəsi və lazım gələrsə cərrahi müdaxilə təyin olunur.
Yevstax borusunun geniş (açıq) olması səbəbindən yaranan disfunksiya (Patous Tuba)
Yevstax borusunun açıqlığı əhali arasında 0,3-6,6% təşkil edir və qadınlarda daha çox, uşaqlarda isə nadir hallarda rast gəlinir. Ön divarda qabarıq quruluşun itirilməsi səbəbindən Yevstax borusu bağlana bilmir və açıq qalır, öz funksiyalarını yerinə yetirə bilmir və xəstəliklərə səbəb olur.
Patuloz Yevstax borusunun səbəbləri;
Əlamətləri
Diaqnozu
Müalicəsi
Yevstax borusunun açıq olması səbəbindən yaranan disfunksiya üçün medikamoz və cərrahi müalicəslər təyin olunur.
Bu saytdan tercume etmisem