Astenopiya (göz yorğunluğu), görmə prosesi zamanı, xüsusən də gözdən obyektə qədər qısa məsafədə sürətlə baş verən funksional xarakterli görmə pozğunluğudur. Astenopiya xəstəlik deyil, görmədə sərhəd vəziyyətidir. Bu patoloji vəziyyət zehni fəaliyyətlə məşğul olarkən gözlərin tez yorulması ilə müşayiət edilir. Lakin diqqət edilməzsə, vəziyyət daha ağır xəstəliklərə çevrilə bilər. Ona görə də bu problemlə vaxtında məşğul olmaq və aradan qaldırmaq vacibdir.
Səbəbləri
Əlamətləri
Asteponiya zamanı eyni zamanda tez-tez baş ağrısı və əsəbilik yaranır. Tez-tez bu fonda konjonktivit və ya blefarit (göz qapaqlarının iltihabı) şəklində ağırlaşmalar inkişaf edir.
Müalicəsi
Astenopiyanın müalicəsi kompleks şəklində aparılır. Kompensasiya mərhələsində üzvi dəyişikliklərə rast gəlinmədikdə vizual yüklənmələrin istirahət saatları ilə növbələnməsi tövsiyə olunur. Kompensasiya və subkompensasiya mərhələsində görmənin aparatla müalicə üsullarının təyini məqsədəuyğundur. Onlara göz trenajoru (akkomodotrener), lazer stimulyasiyası və Sidorenko eynəyi daxildir.
Astenopiyanın dekompensasiya mərhələsində olan və ya anamnezində ametropiyaya rast gəlinən pasiyentlərdə patologiya eynək və ya kontakt linzalarla korreksiya edilir. Konservativ terapiya qısa müddətli təsirə malik midriatiklərlə (fenilefrin-hidroxlorid, tropikamid) aparılır. Müalicə kursunun müddəti astenopiyanın mərhələsinə və ağırlıq dərəcəsinə əsasən müəyyənləşdirilir.
Profilaktikası
Hər saat gərgin işdən sonra gözlərinizə 10-15 dəqiqə istirahət verin. Ən yaxşısı pəncərədən kənara baxmaqdır: baxışlarınızı yaxın məsafədəki obyektlərdən uzaq məsafədəki obyektlərə tərəf və ya sadəcə səmaya tərəf hərəkət etdirin.
Monitorun mövqeyini və işıqlandırmasını, həmçinin iş yerinin və otağın işıqlandırılmasını tənzimləyin. Qəfil işıq dəyişməsi vəziyyətlərindən uzaq durun məsələn, qaranlıq otaqda parlaq işıqlı monitorun arxasında işləməyin.
Rahat bir vəziyyətdə işləyin. Yaxşı qan tədarükü yaxşı görmə və astenopiyanın qarşısının alınması üçün vacibdir. Buna görə də, monitordan yuxarı baxarkən, fiziki məşqlər edin.
Tərcümə