Main

ASTENOPİYA (yorğun gözlər)

Astenopiya (göz yorğunluğu), görmə prosesi zamanı, xüsusən də gözdən obyektə qədər qısa məsafədə sürətlə baş verən funksional xarakterli görmə pozğunluğudur. Astenopiya xəstəlik deyil, görmədə sərhəd vəziyyətidir. Bu patoloji vəziyyət zehni fəaliyyətlə məşğul olarkən gözlərin tez yorulması ilə müşayiət edilir. Lakin diqqət edilməzsə, vəziyyət daha ağır xəstəliklərə çevrilə bilər. Ona görə də bu problemlə vaxtında məşğul olmaq və aradan qaldırmaq vacibdir.

Səbəbləri

  • Monitorun növündən asılı olmayaraq kompüterdə işləmək.
  • Xüsusilə axşamlar və gecə saatlarında uzun müddət avtomobil idarə etmək.
  • Daimi vizual diqqət tələb edən işlər.
  • Uzun müddət oxumaq.
  • Gündəlik televizora baxmaq.
  • Yanlış eynək.
  • Evdə və ya iş yerində düzgün təşkil edilməmiş işıqlandırma.

Əlamətləri

  • Göz ağrısı
  • Ikili görmə və görmədə bulanıqlıq
  • Müşahidə olunan obyektlərin forma və ölçüsünün dəyişməsi
  • Bulanıq görmə
  • Göz iltihabı
  • Göz yorğunluğu və soyuq olması
  • Göz sulanması
  • Göz quruması
  • İşığa həssaslıq
  • Görmənin itiliyinin pozulması
  • Göz altında gərginliyin olması və s.
  • Gözlərdə narahatlıq, ağrı, kəsmə və ya yanma hissi.

Asteponiya zamanı eyni zamanda tez-tez baş ağrısı və əsəbilik yaranır. Tez-tez bu fonda konjonktivit və ya blefarit (göz qapaqlarının iltihabı) şəklində ağırlaşmalar inkişaf edir.

Müalicəsi

Astenopiyanın müalicəsi kompleks şəklində aparılır. Kompensasiya mərhələsində üzvi dəyişikliklərə rast gəlinmədikdə vizual yüklənmələrin istirahət saatları ilə növbələnməsi tövsiyə olunur. Kompensasiya və subkompensasiya mərhələsində görmənin aparatla müalicə üsullarının təyini məqsədəuyğundur. Onlara göz trenajoru (akkomodotrener), lazer stimulyasiyası və Sidorenko eynəyi daxildir.

Astenopiyanın dekompensasiya mərhələsində olan və ya anamnezində ametropiyaya rast gəlinən pasiyentlərdə patologiya eynək və ya kontakt linzalarla korreksiya edilir. Konservativ terapiya qısa müddətli təsirə malik midriatiklərlə (fenilefrin-hidroxlorid, tropikamid) aparılır. Müalicə kursunun müddəti astenopiyanın mərhələsinə və ağırlıq dərəcəsinə əsasən müəyyənləşdirilir.

Profilaktikası

Hər saat gərgin işdən sonra gözlərinizə 10-15 dəqiqə istirahət verin. Ən yaxşısı pəncərədən kənara baxmaqdır: baxışlarınızı yaxın məsafədəki obyektlərdən uzaq məsafədəki obyektlərə tərəf və ya sadəcə səmaya tərəf hərəkət etdirin.

Monitorun mövqeyini və işıqlandırmasını, həmçinin iş yerinin və otağın işıqlandırılmasını tənzimləyin. Qəfil işıq dəyişməsi vəziyyətlərindən uzaq durun məsələn, qaranlıq otaqda parlaq işıqlı monitorun arxasında işləməyin.

Rahat bir vəziyyətdə işləyin. Yaxşı qan tədarükü yaxşı görmə və astenopiyanın qarşısının alınması üçün vacibdir. Buna görə də, monitordan yuxarı baxarkən, fiziki məşqlər edin.

Tərcümə