Prostat adenoması – prostatın sidik kisəsinə yaxın yerləşən kiçik vəzilərinin xoşxassəli hiperplaziyasıdır. Statistik məlumatlara əsasən 45 yaşdan yuxarı hər 4 kişidən biri bu xəstəliklə qarşılaşır. Adenoma tədricən inkişaf edir. İlk öncə vəzilərdə kiçik düyünlər əmələ gəlir. Zamanla həmin törəmələr böyüyür. Nəticədə vəz sidik kanalının mənfəzini tutur – sidik axınına maneə yaranır.
Prostat adenomasının səbəbləri
Son illərdə mütəxəssislər xəstəliyi adlandırmaq üçün prostat vəzin xoşxassəli hiperplaziyası terminindən istifadə edirlər. Xəstəliyin yaranma səbəbləri indiyə qədər tam aydınlaşdırılmamışdır. Bəzi araşdırmalar zəif cinsi aktivliyin risk faktorlarından biri olduğunu sübut etmişdir. Ancaq adenomaya aktiv intim həyatı olan kişilərdə də təsadüf edilir. Xəstəliyin risk faktorlarına aşağıdakılar aiddir:
Prostat adenomasının simptomları
Xəstəliyin təhlükəliliyi onun uzun müddət simptomsuz inkişaf etməsi və törəmənin ölçülərinin həddindən artıq böyüməsinin xəstə tərəfindən hiss edilməməsindən ibarətdir. Bəzi əlamətlər arabir təzahür edərək sonradan itir. Xəstəliyin ilk əlaməti böyümüş vəzin sidik axınını çətinləşdirməsi və diskomfort yaratmasıdır.
Zamanla vəziyyət daha da pisləşir, sidiyə getmə zamanı ağrı, enurez (sidiyi saxlaya bilməmə), cinsi zəiflik əlamətləri, zəiflik, ürəkbulanma, iştahın və çəkinin azalması müşahidə olunur.
Prostat adenomasının mərhələləri
Xəstəliyin 4 inkişaf mərhələsi ayırd edilir:
Xəstəlik həkim müdaxiləsi olmadan özbaşına sağalmır. Prostat adenoması ağırlaşdıqda hidronefroz (sidiyin böyrəkdə kəskin ləngiməsi), böyrək çatışmazlığı riski artır.
Prostat adenomasının müalicəsi
Xəstəlik müalicəyə tabedir. Xüsusilə erkən mərhələlərdə adenoma daha asan müalicə olunur. Medikamentoz terapiyada iltihabəleyhinə dərmanlar, antibiotiklər, qan dövranını yaxşılaşdıran vasitələr, immunostimulyatorlar təyin edilir.
Cərrahi müalicə radikal yolla aparılır və ağırlaşma hallarında tətbiq edilir. Bu tip əməliyyatlara adenoektomiya (adenomanın kəsilməsi), prostatektomiya (prostat vəzin tamamən xaric edilməsi) aiddir.
https://urologiya-andrologiya.az/androloji-xestelikler/prostat-adenomasi/