Main

Qalaktoreya

Qalaktoreya gilədən görünüşünə, tərkibinə, konsistensiyasına görə südü xatırladan ifrazatın gəlməsidir. Qalaktoreya ayrılıqda xəstəlik deyil, bir neçə xəstəlikləri müşaiyət edən simptomdur.

QALAKTOREYANIN NÖVLƏRİ

  • Patoloji qalaktoreya - laktasiya bitəndən (5 aydan tez olmamaq şərtilə) sonra gilədən südün gəlməsidir.
  • Fizioloji qalaktoreya - südün hamiləlik və əmizdirmə zamanı sekresiyasıdır.

PATOLOJİ QALAKTOREYANIN SƏBƏBLƏRİ

  • Sistematik baş verən stress faktorları;
  • Bəzi preparatların qəbulu;
  • Hipotalamus, hipofiz, qalxanvari, böyrəküstü vəzilərin və yumurtalıqların hormonal pozğunluq yaradan patoloji prosesləri;
  • Palotoloji reflektor aktivlik – süd vəzilərin həddindən artıq qıcıqlanması;
  • Böyrək, qaraciyər çatmamazlığı;
  • Səbəbi bilinməyən (idiopatik);
  • Fiziki gərginlik.

QALAKTOREYANIN DİAQNOSTİKASI

  • Düzgün anamnez toplanması;
  • Baxış, süd vəzilərin palpasiyası, ifrazatın vizual olaraq qiymətləndirilməsi
    (rəngi, qatılığı);
  • İfrazatın sitoloji müayinəsi;
  • Qan analizi;
  • Ultrases müayinəsi, mammoqrafiya, duktoqrafiya;
  • Türk yəhərinin rentgenoqrafiyası, hipofizin MRT müayinəsi.

QALAKTOREYANIN MÜALİCƏSİ

  • Qalaktoreyanı yaradan səbəbləri aradan qaldırmaq.
  • Konservativ müalicə.

https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/qalaktoreya-44683