Qalaktoreya gilədən görünüşünə, tərkibinə, konsistensiyasına görə südü xatırladan ifrazatın gəlməsidir. Qalaktoreya ayrılıqda xəstəlik deyil, bir neçə xəstəlikləri müşaiyət edən simptomdur.
QALAKTOREYANIN NÖVLƏRİ
- Patoloji qalaktoreya - laktasiya bitəndən (5 aydan tez olmamaq şərtilə) sonra gilədən südün gəlməsidir.
- Fizioloji qalaktoreya - südün hamiləlik və əmizdirmə zamanı sekresiyasıdır.
PATOLOJİ QALAKTOREYANIN SƏBƏBLƏRİ
- Sistematik baş verən stress faktorları;
- Bəzi preparatların qəbulu;
- Hipotalamus, hipofiz, qalxanvari, böyrəküstü vəzilərin və yumurtalıqların hormonal pozğunluq yaradan patoloji prosesləri;
- Palotoloji reflektor aktivlik – süd vəzilərin həddindən artıq qıcıqlanması;
- Böyrək, qaraciyər çatmamazlığı;
- Səbəbi bilinməyən (idiopatik);
- Fiziki gərginlik.
QALAKTOREYANIN DİAQNOSTİKASI
- Düzgün anamnez toplanması;
- Baxış, süd vəzilərin palpasiyası, ifrazatın vizual olaraq qiymətləndirilməsi
(rəngi, qatılığı); - İfrazatın sitoloji müayinəsi;
- Qan analizi;
- Ultrases müayinəsi, mammoqrafiya, duktoqrafiya;
- Türk yəhərinin rentgenoqrafiyası, hipofizin MRT müayinəsi.
QALAKTOREYANIN MÜALİCƏSİ
- Qalaktoreyanı yaradan səbəbləri aradan qaldırmaq.
- Konservativ müalicə.
https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/qalaktoreya-44683