Mədə tənbəlliyi və ya Qastroparezi mədənin qidanı normal şəkildə boşalda bilmədiyi bir vəziyyətdir. Zədələnmiş vagus siniri mədə və bağırsaqlarda əzələlərin işləməsini maneə törədir, qidanın həzm sisteminə irəliləməsinə mane olur.
Bu gün ən çox rast gəlinən mədə xəstəliklərindən biri olan mədə tənbəlliyi, ümumiyyətlə, təhlükəli sağlamlıq problemi deyil. Ancaq bəzi hallarda bu proses ciddi mədə xəstəliklərinə səbəb ola bilər.
Qastroparez, mədədəki əzələlərin normal spontan hərəkətinə (hərəkətlilik) təsir edən bir vəziyyətdir. Normalda güclü əzələ gəriginliyi qidanı həzm sisteminiz boyunca daşıyır. Ancaq qastropareziniz varsa, qarın hərəkətliliyiniz yavaşlayır və ya heç işləmir bu da, mədənizin düzgün boşalmasına mane olur.
Opioid ağrı kəsiciləri, bəzi antidepresanlar, yüksək qan təzyiqi və allergiya dərmanları kimi bəzi dərmanlar mədə boşalmasının yavaşlamasına və ya oxşar simptomlara səbəb ola bilər. Qastroparezi olan insanlar üçün bu dərmanlar onların vəziyyətini daha da pisləşdirə bilər.
Qastroparez normal həzm prosesinə müdaxilə edə bilər, ürəkbulanma və qusmaya səbəb ola bilər, qan şəkərinin səviyyəsi və qidalanma ilə bağlı problemlər yarada bilər. Gastroparezin səbəbi çox vaxt məlum deyil. Bəzən diabetin ağırlaşmasından və bəzi insanlarda əməliyyatdan sonra qastroparez xəstəliyi inkişaf edir. Qastroparezin müalicəsi olmasa da, dərmanlarla birlikdə pəhrizinizdəki dəyişikliklər bir qədər rahatlama yaradır.
ƏLAMƏTLƏRİ
Qastroparezi olan bir çox insanda aşkar əlamətlər və simptomlar yoxdur. Simptomlara aşağıdakılar daxildir:
SƏBƏBLƏRİ
Mədə tənbəlliyinin dəqiq səbəbi aydın deyil. Lakin əksər hallarda qastroparezin mədə əzələlərini (vagus siniri) idarə edən sinirin zədələnməsi nəticəsində yarandığı ehtimal olunur.
Vagus siniri mədə daxilindəki əzəzlələrin daralmasına və nazık bağırsağa qida göndərilməsinə, o cümlədən həzm sisteminizdəki qarışıq prosesləri idarə etməyə kömək edir. Zədələnmiş vagus siniri isə normal olaraq mədə əzələlərinə siqnal göndərə bilməz. Bu da qidanın kiçik bağırsağda normal həzm olunmaq yerinə, mədədə daha uzun müddət qalmasına səbəb ola bilər.
Vagus siniri diabet xəstəliyində, mədə və ya nazik bağırsaq əməliyyatlarında zədələnə bilər.
RİSK FAKTORLARI
Mədə narahatlığı riskinizi artıra bilən amillər:
Qadınlarda mədə tənbəlliyinin inkişaf riski kişilərə nisbətən daha yüksəkdir.
MÜALİCƏSİ
Mədə narahatlığının müalicəsi əsas vəziyyəti müəyyən etmək və müalicə etməklə başlayır. Diabet qastropareze səbəb olarsa, həkiminizdən kömək və məsləhət ala bilərsiniz.
Pəhrizinizdə dəyişikliklər
Qastroparezin müalicəsində ən mühüm məqsəd adekvat qidalanmanın təmin edilməsidir. Bir çox insanlar pəhriz dəyişiklikləri ilə qastroparez prosesinin qarşısını alırlar. Pəhriz dəyişiklikləri bu vəziyyəti idarə etmək üçün ilk addımdır. Həzm olunması daha asan olan qidalar haqqında öyrənmək üçün diyetoloqunuzla işləyə bilərsiniz. Diyetoloqunuz sizə bunları tövsiyyə edə bilər: