Xroniki tonzillit damaq badamcıqlarının xroniki iltihabıdır. Orqanizmin müdafiə qabiliyyətinin zəifləməsi, soyuqlama, yerli immunitetin aşağı düşməsi, allergik fon və sairə damaq badamcıqlarında olan mikroorqanizmlərin fəallığını artırır, bu isə anginaların əmələ gəlməsinə səbəb olur. Bakterial infeksiyanın təsirindən badamcıqların təkrarlanan iltihabı, immunitetin tormozlanması xroniki tonzillt ilə nəticələnir. Xroniki tonzillitin inkişafına burun tənəffüsünün çətinləşməsi (adenoidlər, burun çəpərinin əyrilyi, aşağı burun balıqqulaqlarının böyüməsi, burun polipləri) səbəb ola bilər. Yaxında yerləşən infeksiya ocaqları – xroniki adenoidlər, sinusitlər, kariyesli dişlər bu xəstəliyin inkişafında böyük rol oynayır. Xroniki tonzillitin əsas simptomları
Subyektiv simptomlar; Boğazda ağrı hissi, ağızdan pis qoxu gəlməsi, dövri olaraq kazeoz tıxacların əmələ gəlməsi və ya irinin badamcıqlardan ifraz olunması, quru öskürək, ümumi zəiflik, tez yorulma, fiziki və əqli imkanların zəifləməsi, bəzən hərarətin uzun müddətli yüksəlməsi.
Obyektiv simptomlar; Anamnezdə anginaların olması, badamcıq lakunalarında irinli kazeoz tıxaclar, damaq badamcıqlarında limfa və qan dövranının pozulması ilə əlaqədar ödemin əmələ gəlməsi, hiperemiyalaşması, bəzən orqanizmin hərarətinin subfebril həddə həftələrlə və aylarla qalması, regional limfa vəzilərinin böyüməsi.
Xroniki tonzillitin iki forması var:
Xroniki tonzillitin bütün formaları orqanizmin infeksiyalaşmasına və allergiyalaşmasına səbəb ola bilər. Lakunalarda olan bakteriya və viruslar müəyyən şəraitdə (soyuqlama, orqanizmin müqavimətinin azalması və s.) yerli iltihabi proses, angina və hətta paratonzilyar abses əmələ gətirə bilər.
Xroniki tonzillitin orqanizm üçün təhlükəsi:
Tonzillitin ağırlaşmaları xəstəlik üzünmüddətli olduqda və lazımi müalicə aparılmadıqda baş verir. Badamçıqlar infeksiya ilə mübarizə apara bilmədikdə proses badamcıqətrafı toxumaya keçib paratonzilyar abses, aşağı tənəffüs yollarına keçdikdə faringit və bronxit əmələ gətirir.
Xroniki tonzillitin dekompensasiya formasında daxili orqanlarda aşağıda qeyd olunan əhəmiyyətli dəyişikliklər baş verə bilər:
Müalicəsi
Xroniki tonzillit zamanı regionar limfa düyünlərinin böyüməsi də müşahidə edilir. Xroniki tonzillitin konservativ müalicəsinin əsasını badamcıqlara yerli təsir və ümumi möhkəmləndirici terapiya təşkil edir. Yerli terapiya üçün bir neçə metoddan istifadə edilir:
Konservativ müalicə kömək etmədikdə tonzilloktamiya əməliyyatı məsləhət görülür. Tonzillektomiya əməliyyatına xəstənin hazırlanması ambulator şəraitdə aparılır. Tonzillektomiya əməliyyatı həm yerli həm ümumi anesteziya altında aparıla bilər. Ancaq qanaxma təhlükəsi və uşaqlara psixoloji travmanın təsirini nəzərə alaraq əməliyyatın ümumi anesteziya altında aparılması məqsədə uyğundur. Xəstələr əməliyyat gününün sonuna qədər müşahidə altında saxlanılır və heç bir problem olmadıqda evə yazılır.